“Neftçi”nin fanatları hardadı? – “maşallah, matçları elə vaxta salırlar ki, azarkeşlər gələ bilmir”

16.10.2026 17:10 180
Ölkə futbolu / Manşet
Sabah Tofiq Bəhramov adına Respublika stadionunda Azərbaycan derbisi – “Qarabağ” - “Neftçi” qarşılaşması keçiriləcək. Çempionluq uğrunda mübarizə aparan iki komandanın duelindən öncə “ağ-qaralar”ın azarkeş fəallığı da müzakirə mövzusuna çevrilib.

Belə ki, “Forza Neftçi” fanklubunun rəhbəri Səccad Abbasov sosial şəbəkə hesabında tərəfdarlara müraciət ünvanlayıb. O, 90 illiyini qeyd edən flaqmanın indiki uğurlu dönəmində daha çox azarkeşi tribunalarda görmək istədiyini bildirib.

Bəs bu mövsüm çempionluğa iddialı olan və mövsümə yaxşı başlayan “Neftçi”nin azarkeşləri niyə tribunaları doldurmur? Tərəfdarların sayının azalmasının səbəbi nədi?

“Football-plus.az” bu suallara cavab tapmaq üçün Səccad Abbasovla əlaqə saxlayıb:

“Komandamızın oyunlarını münasib vaxta təyin etmirlər. Baxın görün, matçları necə anormal saatlara salırlar?! Bu səbəbdən azarkeşlər oyuna gəlməkdə çətinlik çəkir. İnsanlar əsasən asudə vaxtlarında futbola baxmağa gəlirlər. Maşallah, matçları elə vaxta salırlar ki, azarkeşlər gələ bilmir”.

İSRAYIL XEYRULLAYEV