Yaşar Vahabzadə: “Vidadi Rzayev kişidisə, düzünü desin"

24.01.2023 13:13 3 388
Aktual / Manşet
Qəzetimizin ötən saylarında "Kəpəz"in sabiq kapitanı Əli Səmədovun geniş müsahibəsi yer almışdı.

"10” nömrə Gəncə təmsilçisindən ayrılmasının səbəblərini açıqlamış, komandanın məşqçisi Vidadi Rzayevin hələ Yaşar Vahabzadənin dönəmindən onunla yola getmədiyini söyləmişdi. Veteran futbolçu isə Əlinin yalan danışdığını və onunla heç bir ədavətinin olmadığını demişdi.

"Football-plus.az" saytı olaraq məsələylə bağlı Yaşar Vahabzadənin fikrini öyrəndik. "Kəpəz"in sabiq baş məşqçisi ətraflı danışmaq istəməsə də, konkret mesaj göndərdi:

"Bu məsələylə bağlı çox danışmaq istəmirəm. Amma Əli Səmədov düz deyir. Vidadi Rzayev kişidisə, düzünü desin".


ABDULLA İSMAYILOĞLU