"Neftçi" braziliyalı ilə bağlı qərarını vurdu

27.06.2022 12:57 411
Premyer-liqa
"Neftçi" futbolçusu Ramon Maçado ilə yollarını ayırıb.

"Football-plus.az" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, braziliyalı hücumçunun başa çatan müqaviləsi yenilənməyib.

Qeyd edək ki, 2021-ci ilin sentyabrında transfer olunmuş Maçado “Neftçi”də 28 oyun keçirib, 7 qol vurub.