“Mançester Siti” onunla razılığa gəlib

1.06.2023 23:30 189
Dünya futbolu
Mateo Kovaçiç böyük ehtimalla bu yay “Çelsi”ni tərk edəcək.


"Football-plus.az" xəbər verir ki, artıq onun yeni komandası məlumdu. Xorvatiyalı yarımmüdafiəçinin “Mançester Siti” ilə praktiki olaraq razılığa gəldiyi bildirilir. Bu məlumatı yayan jurnalist Fabritsio Romano bundan sonrakı mərhələdə İngiltərə klubları arasında danışıqların aparılacağını deyib.