İki liqanın başlama tarixi və oyunçu limiti açıqlanıb

21.06.2023 16:34 282
Ölkə futbolu
1-ci Liqa və Əvəzedicilərin çempionatının başlama tarixləri, həmçinin, oyunçu limitləri bəlli olub.

"Football-plus.az" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən məlumatına görə, 1-ci Liqa 13 sentyabrda start götürəcək.

Bu turnirdə futbolçu limiti 8+3 (8 azərbaycanlı, 3 legioner) olacaq.

Əvəzedicilərin yarışı premyer-liqanın startından bir gün sonra – 5 avqustda başlayacaq. Burada isə limit 7+4 (7 yerli futbolçu 2002 və ya daha gənc təvəllüdlü, 4 futbolçu sərbəst olacaq. 4 futbolçu arasında legionerin yer almasına da icazə verilib.