• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

İsgəndər Cavadov: “Şəxsən mən Tərlan Əhmədovun “Kəpəz”də qalmasının tərəfdarıydım” - MÜSAHİBƏ

Aktual / Müsahibə

21-06-2023, 15:0

AFFA İcraiyyə Komitəsinin iyunun 16-da Mərdəkanda keçirilən iclasından sonra qurumun üzvü, Regional Futbol Federasiyasının prezidenti İsgəndər Cavadovla danışdıq.

"Football-plus.az" olaraq onunla bir çox mövzu ətrafında maraqlı söhbətimiz alındı.

- Bu gün İcraiyyə Komitəsi növbəti iclasını keçirdi, müvafiq qərarlar qəbul etdi...
- Bəli, növbəti iclasımızı keçirdik. Fərqli fikirlər, təkliflər səsləndirildi. Sonda premyer-liqada və 1-ci divizionda 10 komandalı çempionatın, əvəzedicilərin yarışının ayrı keçirilməsi və 2-ci divizionun yaradılmasıyla bağlı qərarlar verdik. Düşünürəm ki, bu yeniliklər ölkə futbolunun inkişafında rol oynayacaq. Əsas məqsədimiz bölgələrdə futbolun populyarlaşması, dirçəlməsidi.

- Bölgədə futbolun inkişafını qeyd etdiz, amma hazırda "Kəpəz"də vəziyyət heç də ürəkaçan deyil. Komandanı elitada saxlayan Tərlan Əhmədov yola salındı. Bundan sonra Gəncə təmsilçisindən nə gözləyək?
- Biz əlimizdən gələni etməyə çalışırıq ki, "Kəpəz" daha da inkişaf etsin. Sponsorlar axtarırıq ki, komandaya sahib çıxsın, amma hələ ki nəticə hasil olmayıb. Hətta Rusiyada belə imkanlı tanışlarımıza, iş adamlarına müraciət etmişik. Amma yaxın duran yoxdu. Klubda kimin qalıb-qalmaması haqda nəsə deyə bilmərəm. Bu komandanın daxili işidi.

- Sizcə, ağır və çıxılmaz vəziyyətdə olan "Kəpəz"i elitadan düşməyə qoymayan Tərlan Əhmədov yola salınmalıydı?
- Tərlan Əhmədovun məşqçiliyinə kiminsə şübhəsi yoxdu. Millimizin sabiq üzvü, əlbəttə, yaxşı mütəxəssisdi. Şəxsən mən onun “Kəpəz”də qalmasının tərəfdarıydım. Dəqiq bilmirəm, nə üçün onu yola saldılar. İstənilən halda, yuxarıda qeyd etdiyim kimi, bu klubun daxili işidi, mənim və ya başqasının səlahiyyətinə aid məsələ deyil ki, qarışaq.

- Maliyyə dayağı güclənməsə, “Kəpəz”in sonu necə olacaq?
- Biz yenə də ümidimizi itirmirik. Sponsor axtarışını davam etdirəcəyik. Amma komanda ancaq AFFA-nın ayırdığı büdcə ilə davam etsə, işi çox çətin olacaq. Yəni "Kəpəz"dən uğurlu çıxış gözləmək çətin olacaq.

- Gəncədə stadion məsələsiylə bağlı nə yenilik var?
- Gəncə şəhər stadionu söküləcək. Onun yerində 4-5 minlik yardımcı meydan olacaq. Əsas stadion isə bir qədər kənarda yenidən tikiləcək. Təxminən 15 min tutuma malik arena olacaq.

- Sizcə, De Byazini yola salıb yerli məşqçilərə şans verməyin vaxtı çatmayıb?
- Mənim fikirimə qalsa, yerli mütəxəssislər millidə olmalıdı. Onsuz da yaxın illərdə nə Avropa, nə də dünya çempionu olacağıq. Bu turnirlərin final mərhələsinə vəsiqə qazanmaq belə çətin görünür. Hazırkı nəticələrimizə nəzər yetirsək, bunu yerli məşqçilər də bacarar. Bu vaxta kimi yığmada 5 əcnəbi məşqçi çalışıb ki, onlardan heç biri uğur qazanmayıb. Onlara bu qədər pullar tökülürsə və nəticə yoxdusa, deməli, öz məşqçilərimizə güvənməliyik. İstənilən halda, yerli mütəxəssislər mentallığı, yerli şəraiti yaxşı bilir, futbolçularla dil tapmaqda problem yaşamır.

ABDULLA İSMAYILOĞLU

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu / Manşet

8-05-2022, 16:0

İsgəndər Cavadov klubların legioner siyasətini “qamçıladı”

1-ci liqa / Manşet

8-03-2023, 20:0

"İmişli"nin baş məşqçisi AFFA İcraiyyə Komitəsinin qərarından razıdı? - AÇIQLAMA

Ölkə futbolu / Manşet

15-06-2023, 22:0

Elvin Yunuszadə Tərlan Əhmədovun "Kəpəz"dən ayrılmasına reaksiya verdi

Ölkə futbolu / Manşet

13-04-2023, 14:0

AFFA İcraiyyə Komitəsinin iclası keçirildi - QƏRARLAR

Aktual
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
“Agentim “Rakuv”la bir aydan çox danışıq apardı” - Mahir Polşaya niyə qayıtdı?
"Sabah" Finlandiyaya yollandı - Dambrauskas jurnalistlərlə görüşəcək
“Məsələ günahkar axtarmaq yox, oyunu necə xilas etməyi düşünməkdi” - Şahin Diniyev “Neftçi”yə inanır
“Səbail” Türkiyəyə gedir, amma burda yeri yoxdu
ÇSKA-nın “Qarabağ”la “sülh”ü buzları əritdi – komanda ölkəsində tərif eşitdi
Son xəbərlər
  • Dünən, 23:51
    Luka Erlayn Almaniyada klubunu dəyişib.
  • Dünən, 23:14
    İngiltərə klubunu tərk etdi
  • Dünən, 22:44
    FİFA-nın reytinq siyahısında lider oldu
  • Dünən, 22:13
    Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
  • Dünən, 21:44
    Mançesterdən Madridə yollandı
  • Dünən, 21:13
    İngiltərədə iş yerini dəyişə bilər
  • Dünən, 20:42
    "Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
  • Dünən, 20:11
    "Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
  • Dünən, 19:40
    Toral "Şaxtyor"a qarşı oyunun start heyətində
  • Dünən, 19:08
    DÇ-2026-nın arzuolunmaz rəmzi yığmasına kimlər düşdülər?
  • Dünən, 18:37
    Təxminən 4 ay “istirahət edəcək”
  • Dünən, 18:06
    “Milan”ı tərk etməyəcək
  • Dünən, 17:35
    "Çempionatın startına kimi komanda daha yaxşı hazır olacaq" - Zaur Həşimov
  • Dünən, 17:03
    Salibanı kim əvəz edəcək?
  • Dünən, 16:32
    Mahir start heyətində!
  • Dünən, 16:00
    İngiltərədə klubunu dəyişdi
  • Dünən, 15:32
    Yeniyetmə istedad “Liverpul”a qoşuldu
  • Dünən, 15:11
    “Agentim “Rakuv”la bir aydan çox danışıq apardı” - Mahir Polşaya niyə qayıtdı?
  • Dünən, 14:53
    Zambiyalı futbolçu "Kəpəz"də
  • Dünən, 14:32
    Gözlənilən təyinat rəsmiləşdi
  • Dünən, 14:01
    Qapıçı ilə müqavilə yeniləndi
  • Dünən, 13:40
    "Sabah" Finlandiyaya yollandı - Dambrauskas jurnalistlərlə görüşəcək
  • Dünən, 13:19
    "Şamaxı" Qətər klubu ilə üz-üzə
  • Dünən, 12:58
    Klubuna daha bir il gərək oldu
  • Dünən, 12:27
    “Məsələ günahkar axtarmaq yox, oyunu necə xilas etməyi düşünməkdi” - Şahin Diniyev “Neftçi”yə inanır
  • Dünən, 12:01
    İngiltərə futbolunda böyük itki
  • Dünən, 11:33
    Qarsiyaya xələf olacaq
  • Dünən, 11:00
    Dünya çempionu əməliyyat olunacaq
  • Dünən, 10:30
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 10:00
    Göz yaşlarını saxlaya bilmədi
  • Dünən, 00:47
    "Neftçi" PAOK-a uduzdu, mübarizəni dayandırdı
  • Dünən, 00:20
    İtaliya klubunda yeni müqavilə
  • 25-07-2026, 23:0
    İngiltərə klubunda yeni oyunçu
  • 25-07-2026, 22:0
    “Məncə, problem təkcə nəticələrdə deyil” - azarkeşlər avrokubok oyunlarına niyə maraq göstərmir?
  • 25-07-2026, 22:0
    London klubunda yeni oyunçu
Daha çox
Oxunub: 211
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 123
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Oxunub: 103
“Sabah” üçün çətin, “Neftçi” üçün mümkünsüz vəzifə! - onlar rəqiblərə yerini göstərə biləcəkmi?
Oxunub: 99
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Oxunub: 88
Maluda ilə bağlı qeyri-müəyyənlik – fransalı cavab matçında oynayacaqmı?
Oxunub: 86
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə