Mehriban Tağıyeva Yay Olimpiya Oyunlarında bürünc medal qazanıb

21.06.2023 11:14 256
İdman
Azərbaycanın bədii gimnastı Mehriban Tağıyeva Almaniyanın paytaxtı Berlində keçirilən Xüsusi Yay Olimpiya Oyunlarında bürünc medal qazanıb.

"Football-plus.az" xəbər verir ki, ilk dəfə yarışda ölkəni bu növdə təmsil edən idmançı çıxış etdiyi divizionda çoxnövçülük proqramında üçüncü yeri tutub.

Gimnast, həmçinin, ayrı-ayrı alətlər (top, halqa, gürzlər, lent) üzrə final mərhələsinə vəsiqə qazanıb.