• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

AFFA-nın ayırdığı avtobusların çoxu istifadəsiz qaldı

Aktual / Yığma

20-06-2023, 16:0

Çoxları qarşılaşmanın Canni de Byazinin komandası üçün rahat keçəcəyini düşünsə də, belə olmadı. Əksinə, qonaqlar yığmamıza çətin anlar yaşatdı.

"Football-plus.az" 1:1 hesabı ilə başa çatan görüşdən əvvəl və sonra yaşanan maraqlı məqamları diqqətinizə çatdırır.

* Oyunun “Dalğa Arena”da keçirildiyini nəzərə alan AFFA azarkeşlərin stadiona getməsi üçün avtobuslar ayırmışdı. “Koroğlu” metrostansiyasının yaxınlığında dayanan nəqliyyat vasitələrinin çoxu, demək olar ki, istifadəsiz qaldı.

* Görüşü izləyənlər arasında AFFA İcraiyyə Komitəsinin bir çox üzvü, PFL prezidenti Elxan Səmədov, gənclər və idman naziri Fərid Qayıbov, Qurban Qurbanov və Rəşad Sadıqov da var idi.

* Qarşılaşmanı izləmək üçün Estoniyadan 50-yə yaxın azarkeş və 10-a yaxın jurnalist də gəlmişdi.

* Görüşü qapı arxasından izləyən azarkeşlər olduqca fəal idi. Onlar həm məşq zamanı, həm də qarşılaşma başlamamış bir-bir futbolçuların adını çəkərək alqışlayırdı.

* İlk hissədə Mahir Emreli Höccət Haqverdi ilə mövqe problemi yaşayırdı. 45 dəqiqə ərzində “Dinamo”nun üzvü üç dəfə De Byaziyə “Neftçi”nin müdafiəçiəsindən şikayətləndi.

* İlk hissəyə əlavə olunan dəqiqədə Mahir Emrelinin zərbəsi qapıdan aralı keçdi. Futbolçu bundan sonra azarkeşləri fəal olmağa çağırdı. Maraqlıdı ki, bu hadisədən 1 dəqiqə sonra baş hakim ilk hissəni bitirdi.

* 70-ci dəqiqədə Canni de Byazi nəyəsə əsəbləşib tərcüməçisini məşq edən futbolçularının yanına göndərdi. O, Musa Qurbanlı ilə təxminən 2-3 dəqiqə söhbətləşdi. Bundan sonra De Byazi onlara qoşuldu, amma Musa meydana 80-ci dəqiqədə daxil oldu.

* Matçın bitməsinə 2 dəqiqə qalmış Ramil Şeydayevin yorğunluğu hiss olunurdu. Həmin anda millimizin üzvü topa düzgün müdaxilə edə bilmədi. Bu isə De Byazini özündən çıxardı. O, yerə əyilərək Ramilə “oyun bitməyib, davam et” dedi. Futbolçunun çox yorulduğunu görən italiyalı mütəxəssis Toral Bayramovu irəli atılmağa səslədi.

* Görüş bitəndən sonra estoniyalı azarkeşlər öz ölkələrinin adını səsləndirərək arenanı tərk etmək istəyirdi. Polislər hansısa problemin yaşanmaması üçün onları stadiondan çıxmağa tələsdirirdi.

* Millinin futbolçuları olduqca üzgün idi. Yalnız Bəhlul Mustafazadə “mix-zona”ya yaxınlaşaraq jurnalsitlərin suallarını cavabladı. Renat Dadaşovun da fikirlərini öyrənmək istəsək də, “avtobus stadionu tez tərk edəcək, başqa vaxt danışarıq” deyərək yoluna davam etdi.

* Qalib gələ bilməsək də, azarkeşlər futbolçuların performansından razı idi. Görüşdən sonra azyaşlılar Şahruddin Məhəmmədəliyev, Aleksey İsayev və Ramil Şeydayevin başına toplaşaraq şəkil çəkdirir, avtoqraf alırdı.

* Mətbuat konfransında media nümayəndələri ilə Canni de Byazi arasında maraqlı dialoqlar yaşandı. Millinin uğursuz çıxışı ilə bağlı bəhanələrin axasına sığınan italiyalı mütəxəssisin son sözü “qovmasalar, getməyəcəm” oldu.

* Qarşılaşma bitən kimi gənclər və idman naziri Fərid Qayıbov avtomobilinə minərək stadionu tərk etdi.

* AFFA İcraiyyə Komitəsinin üzvləri və PFL prezidenti qarşılaşmadan 51 dəqiqə sonra arenanı tərk etdi. Elmar Məmmədyarov, Elşad Nəsirov baş katib Sərxan Hacıyev və PFL-in rəhbəri Elxan Səmədovla görüşərək stadiondan ayrıldılar. Bu zaman AFFA-nın vitse-prezidenti Səmədova baxaraq yumruq göstərərək “hər şey yaxşı olacaq” dedi.

İLKİN SULTANLI

Paylaş:
Digər xəbərlər

İdman

13-06-2023, 11:0

Gənclər və İdman Nazirliyi ilə Elm və Təhsil Nazirliyi əməkdaşları arasında yoldaşlıq görüşü

Konfrans Liqası

20-07-2022, 14:0

"Zirə"dən azarkeşlərə jest - Avtobus ayrılacaq

Yığma

21-03-2023, 20:0

AFFA-nın prezidenti milli komanda ilə görüşüb

Yığma / Manşet

29-09-2022, 21:0

AFFA-nın stadion seçimi turnirin statusu və rəqiblərin reytinqinə bağlıdı

Yığma

9-06-2022, 13:0

AFFA-dan azarkeşlərə jest

Aktual
“O, bəlkə də Cəlalı bizdən çox izləyib” – Erkin İbrahimov “Petrolul”da nə görüb?
“Çünki ortada ürəkaçan heç nə yoxdu” – “Xəmsə” etirazını çatdırmaq üçün adam tapa bilmir
"Sabah"dan oyunun göstərilməsi üçün 100 min tələb olunur! - soyğun planı üzə çıxdı
“Görək azarkeşləri cəlb etmək nə dərəcədə real olacaq...” – “Zirə” Gürcüstanda nə edəcək?
“Turan Tovuz” niyə rəqiblərini açıqlamır?
Vernidubun start heyəti müəyyənləşir - "ağ-qaralar" böyükhesablı qələbəni necə qazandı?
Son xəbərlər
  • Bu gün, 19:49
    ''Fənərbaxça'' Qrinvudu nə üçün açıqlamır?
  • Bu gün, 19:18
    Arda Turan ''Şaxtyor''a iki psixoloq dəvət etdi
  • Bu gün, 18:47
    ''Qalatasaray'' yayın ilk transferini bitirməyə yaxındı
  • Bu gün, 18:16
    ''Fənər'' yoxlama oyunlarında qollardan doymur
  • Bu gün, 17:47
    “O, bəlkə də Cəlalı bizdən çox izləyib” – Erkin İbrahimov “Petrolul”da nə görüb?
  • Bu gün, 17:29
    "Qəbələ"nin sabiq futbolçusu "Olimpiakos"da
  • Bu gün, 16:58
    İngiltərədə iş yerini dəyişə bilər
  • Bu gün, 16:27
    "Baku Sporting" hücumçu transfer etdi
  • Bu gün, 15:56
    Mbappe yarımfinal matçını buraxacaq?
  • Bu gün, 15:25
    Bir qol vurdu, ən yaxşı oyunçu seçildi
  • Bu gün, 14:40
    Fuad Bayramov "Səbail"də
  • Bu gün, 14:15
    “Çünki ortada ürəkaçan heç nə yoxdu” – “Xəmsə” etirazını çatdırmaq üçün adam tapa bilmir
  • Bu gün, 13:54
    "Qəbələ" 5 yoxlama oyunu keçirəcək
  • Bu gün, 13:23
    MS daha bir oyunçu transfer etdi
  • Bu gün, 12:57
    Nəriman start heyətində oynadı, komandası heç-heçə etdi
  • Bu gün, 12:36
    Final matçı bu topla oynanılacaq
  • Bu gün, 12:15
    Babək Quliyev Konfrans Liqasının matçında
  • Bu gün, 11:54
    Millimiz rekorda imza atdı
  • Bu gün, 11:23
    Hamını arxada qoydu
  • Bu gün, 10:52
    "Sabah"dan oyunun göstərilməsi üçün 100 min tələb olunur! - soyğun planı üzə çıxdı
  • Bu gün, 10:31
    "Neftçi" Xorvatiya klubuna qarşı
  • Bu gün, 10:00
    Lissabondan Madridə üz tutdu
  • Dünən, 23:54
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 23:23
    Kapitan “gəmini” tərk etməyəcək
  • Dünən, 22:59
    Son çempiondan unikal göstərici
  • Dünən, 22:13
    "Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
  • Dünən, 22:02
    Dortmundu tərk etməyə yaxındır
  • Dünən, 21:30
    “Görək azarkeşləri cəlb etmək nə dərəcədə real olacaq...” – “Zirə” Gürcüstanda nə edəcək?
  • Dünən, 20:56
    MS yeni qapıçı aldı
  • Dünən, 20:25
    “Turan Tovuz” niyə rəqiblərini açıqlamır?
  • Dünən, 19:54
    Yenidən paytaxt klubuna xidmət edəcək
  • Dünən, 19:23
    20 yaşında dünyasını dəyişdi
  • Dünən, 18:52
    "Şəfa"dan yeni transfer
  • Dünən, 18:31
    Vernidubun start heyəti müəyyənləşir - "ağ-qaralar" böyükhesablı qələbəni necə qazandı?
  • Dünən, 18:00
    Yenidən Fransada işləyəcək
Daha çox
Oxunub: 213
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 196
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 162
Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
Oxunub: 154
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Oxunub: 143
“Kutaisililər 1990-cı illərdəki internet qədər yavaş idi” - “Zirə” gürcü jurnalisti dəhşətə gətirdi
Oxunub: 136
“Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə