AFFA-dan azarkeşlərə jest

9.06.2022 13:45 519
Yığma
UEFA Millətlər Liqası çərçivəsində Dalğa Arenada keçiriləcək oyunlara azarkeşlərin daşınması üçün marşrut xətti fəaliyyət göstərəcək.

"Football-plus.az" xəbər verir ki, bu barədə AFFA-nın rəsmi "facebook" hesabında məlumat verilib.

Məlumatda bildirilir ki, oyun günü bilet alan azarkeşlər Koroğlu metro stansiyasından Dalğa Arenaya və geriyə express marşrutu ilə daşınacaq. Avtobuslar saat 17:30-dan stadiona yola düşəcək.

Qeyd edək ki, Express avtobuslardan istifadə ödənişsizdi.

Bilet almaq üçün linkə keçid edin: https://bit.ly/39d4q4q