Şahmat millimiz Avropa çempionatında

19.06.2023 10:31 207
İdman
Bu gün Polşada 3-cü Avropa Oyunları ərəfəsində şahmatın blits növü üzrə Avropa çempionatı keçiriləcək.

"Football-plus.az" xəbər verir ki, Şəhriyar Məmmədyarov və Günay Məmmədzadənin yer aldığı Azərbaycan millisi ilk olaraq 7 qarşılaşma keçirəcək.

Yığma ardıcıl olaraq Niderland, İsrail, Polşa, Rumıniya, Ukrayna, İspaniya və Ermənistanla üz-üzə gələcək.

Reqlamentə əsasən, komandalar dairəvi sistemlə çıxış edəcəklər. İlk dörd yeri tutanlar pley-off mərhələsinə vəsiqə qazanacaqlar.