• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Qvardiola üçün Messi qədər vacib futbolçu!

Dünya futbolu

16-06-2023, 19:0

Çempionlar Liqasının son finalında Erlinq Holann, İlkay Gündoğan və Kevin de Bruynedən qəhrəmanlıq gözləyənlərin sayı çox idi. Amma İstanbul finalının qəhrəmanı “Mançester Siti”nin xavbeki Rodri Ernandes oldu. O artıq Xosep Qvardiolanın sevimlilərindən biridi.


"Football-plus.az" xəbər verir ki, “şəhərlilər”in baş məşqçisi qitənin ən nüfuzlu klub turnirini Messisiz də qazanmaqla dahiliyinə şübhə edənləri növbəti dəfə susdurdu. Açıq demək lazımdı ki, yersiz hoqqabazlığa əl atmadığı mövsümdə. Düzdü, Con Stounzun mərkəz müdafiçisindən əlavə dayaq yarımmüdafiəçisinə çevrilməsi kimi kiçik taktiki dəyişiklik var idi. Ancaq ümumilikdə hər kəs öz mövqeyində oynadı. 2021-ci ilin finalında isə belə olmamışdı – Pep nədənsə “Çelsi”yə qarşı dayaq zonasında ixtisaslaşmış oyunçuya ehtiyac duymamışdı. Çoxları hələ də əmindi ki, həmin vaxt məhz Rodrini ehtiyatda saxlamaq qərarı “Siti”yə məğlubiyyət bahasına başa gəldi. Bəlkə də Qvardiolanın həqiqətən hansısa hiyləgər planı var idi, onun sayəsində Tomes Tuxeli aldatmağa çalışırdı. Və ya bəlkə də baş məşqçi belə hesab etmişdi ki, ispan futbolçu əvəzolunmaz deyil. Təsadüfi deyil ki, həmin finaldan yarım il sonra Qvardiola Rodriyə dayaq yarımmüdafiəçisinin oyununun nüanslarını başa salmaq üçün onunla çoxlu söhbət etdiyini demişdi. İki il ötüb və artıq ispaniyalı “Siti”nin heyəti üçün əvəzolunmaz fiqurdu. İstanbul finalı Rodrinin cari mövsümdə start heyətində keçirdiyi 52-ci oyun oldu. Qvardiolanın dönəmində heç bir başqa futbolçu bir idman ili ərzində “şəhərlilər”in heyətində bu qədər çox oynamayıb. Yalnız “Barselona”da hələ gənc olan Messi 11 il əvvəl 57 dəfə ilk dəqiqədən meydana çıxmışdı. Əslində bu müqayisədə də müəyyən rəmzilik tapmaq olar. Düzdü, Qvardiolanın karyerasındakı ən əvəzolunmaz oyunçulardan birincisi həmişə diqqət mərkəzindədi. İkincisi isə müəyyən mənada kölgədədi, ona görə ki, yaxşı bacardığı işlə məşğuldu. Hərçənd Rodri yaradıcılıq baxımından da son illərdə əməlli-başlı “artırıb”. Məsələn, premyer-liqanın son mövsümündə yeddi qol vurmaqla şəxsi məhsuldarlıq rekordu müəyyənləşdirib. Çempionlar Liqasındakı qolları da unutmağa dəyməz. Məhz Rodrinin 1/4 finalın ilk oyunundakı qolu “sükanı arxasında” Tuxelin olduğu “Bavariya”nın darmadağının (3:0) əsasını qoydu. Uzaq məsafədən güclü zərbə ilə topu “9-luğ”a göndərən Rodri sanki ÇL-in 2021-ci ildəki finalında kimin meydanda olmadığını bir daha xatırlatdı. Yeri gəlmişkən, ispaniyalı karyerasındakı ikinci ÇL finalı ərəfəsində həmin oyunu xatırlayarkən “növbətçi” xarakterli sözlər işlətdi ki, ilk final hamı üçün çətindi, bu ayrıca tarixçədi, “Çelsi”dən alınan həmin məğlubiyyət və “Real”la ötənilki yarımfinalda yaşanan fiasko komandaya çox şeyi öyrədib: “Ümid edirəm ki, həmin məğlubiyyətlər bizim üçün dərs olub. İndiki komanda daha möhtəşəm və yetkindi”.

Əlbəttə, Rodri özü də başqalaşıb. Bunu “Real” üzərindəki builki darmadağından (4:0) sonra Qvardiola da gizlətmədi: “Onun yoxluğunda biz bu qədər uzaq gedə bilməzdik. Hər kəs Holann haqda danışır, ancaq Rodri ən yaxşı yarımmüdafiəçiyə çevrilib. Ondan daha güclüsünün olub-olmadığını bilmirəm. Rodri bizim üçün çox vacibdi”.

“İnter”lə oyun isə göstərdi ki, Rodri nəinki vacib, həm də əvəzolunmaz futbolçudu. Zaman göstərdi ki, Çempionlar Liqasının finallarında fərdi faciə ilə üzləşən De Bruynesiz də ötüşmək olar. 2021-ci ildə özü qoruyucu maska ilə oynayan Rüdiger belçikalını necə kobudcasına qarşıladısa, o, nokdauna düşdü və uzun müddət müalicə aldı. İki il sonra isə De Bruyne heç nədən zədələndi, meydanın mərkəzində, sadəcə, rəqibə çatmağa çalışırdı. De Bruyne bir tərəfə, sən demə, sonuncu dəfə mayın 14-də topu tora qovuşduran Holannın qolları olmadan da həyat varmış! ÇL-in pley-offunda norveçli yalnız bundesliqadakı köhnə tanışlarının – “Leyptsiq”lə “Bavariya”nın qapısına yol tapdı. “Real”la “Santyaqo Bernabeu”da keçirilən oyunda zaman-zaman gözdən itdi, cavab görüşündə də dubl edən Bernardo Silvanın kölgəsində qaldı. Rodri isə ya ən yaxşı, ya da ən yaxşılardan biri idi. İspaniyalı futbolçu finaldan əvvəl belə demişdi: “Yaşadığımız futbol dünyasında dahi futbolçular ən vacib məqamlarda özünü göstərməlidi. Mən belələrinə baxıb düzlənməyə çalışıram. Nə vaxtsa böyük futbolçu olmağı arzulayıramsa, bilirəm ki, belə məqamlarda özümü göstərməliyəm. Mövsümün gedişində çoxlu yaxşı iş görüb, həlledici günlərdə susursansa, bir qədər ədalətsizlik olur. Ancaq ÇL oyunları həyati önəm daşıyır. Son illərdə bunu öyrənmişəm”.

Məhz bu baxış bucağından yanaşsaq, ötən şənbə İstanbulda keçirilən oyundakı qələbə qolunun müəllifi lap dahi futbolçuya çevrilməsə də, ən azı bu statusa yaxınlaşdı. Hərçənd ispaniyalı final fitindən sonra çıxdığı birbaşa efirdə ilk yarıda “zibil günündə” oynadığını dedi. “BT Sports” kanalı isə həm bu ifadəyə, həm də Rodrinin Serxio Aqueronu “lənətlənmiş əfsanə” adlandırmasına görə üzr istəməli oldu. Bir sözlə, emosiyaların gətirdiyi sərxoşluqda ağzına gələni dedi. Hətta “Çelsi” ilə məlum finalı yada salaraq zarafat da etdi ki, bu dəfə “Pep, məni meydana burax!” deməli olub. Aydın məsələdi ki, prinsipcə belə şey ola bilməz. Ancaq istənilən halda Rodri meydana çıxdı və sözünü dedi. Azarkeşlər, Qvardiola, komanda yoldaşları, əzizləri və yaxınları üçün Və təkcə bunlar üçün yox. Oyunun ən yaxşısı üçün ayrılan mükafata qovuşan Rodri “şəhərlilər”in əfsanələrini də xatırladı: “Aquero, Fernandinyo, David Silva, Kompani – bu klubu böyük edən hər kəs üçün də qalib gəldik”.

“Mançester Siti”nin yeni tarixini yazan oyunçuları ÇL-in qələbəli finalından sonra xatırlamaq nəcib jest idi. Ötən şənbə Rodri yeni tarixin qızıl hərflərlə yazılan daha bir fəslini bağladı.

Paylaş:
Digər xəbərlər

Çempionlar Liqası

10-06-2023, 21:0

Çempionlar Liqası: "Mançester Siti" və "İnter"in start heyətləri

Dünya futbolu

17-05-2022, 09:0

Gündoğan "Siti"dən ayrılmağa hazırlaşır

Dünya futbolu

7-06-2023, 19:0

“Mançester Siti” daha bir kubok qazandı - REPORTAJ

Dünya futbolu

14-11-2022, 20:0

Gündoğan "Mançester Siti"dən ayrılır

Aktual
Ukrayna bu mövsüm klubları qələbə qazanmayan iki ölkədən biridi! – “Qarabağ” üçün təsəlli
“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
“Bilirdik ki, “Qarabağ”ı məğlub etmək üçün əzmkar oynamalıyıq” – ÇSKA-nın prezidenti
“Allah bizimlə idi” – ÇSKA-nın kapitanı “Qarabağ”la matçdan danışdı
“Sabah”ın Danimarka, “Qarabağ”ın Polşa yolçuluğu – detallar açıqlandı
“Bizə bu məsələ ilə bağlı hansısa rəsmi məlumat daxil olmayıb” - “Cəbrayıl”ın dəyəri cəmi 400 min manat imiş...
Son xəbərlər
  • Bu gün, 00:25
    “Təəssüf ki, bizdə belə ustalıq səviyyəsinə malik oyunçu yoxdu” – Kiyev “Dinamo”sunun baş məşqçisi
  • Bu gün, 00:10
    Ukrayna bu mövsüm klubları qələbə qazanmayan iki ölkədən biridi! – “Qarabağ” üçün təsəlli
  • Bu gün, 00:09
    "Qəbələ" - "İmişli" matçında 4 qol
  • Dünən, 23:52
    "Turan Tovuz" Türkiyə klubuna qalib gəldi
  • Dünən, 23:31
    Cavid Hüseynovdan acı etiraf: “Komanda hələ ki 60 dəqiqə oynamağa hazırdı”
  • Dünən, 23:00
    İngiltərədə iş yerini dəyişəcək
  • Dünən, 22:39
    "Şamaxı" yarımmüdafiəçi transfer etdi
  • Dünən, 22:20
    “Kəpəz”in Qətər klubu ilə oyunu ləğv olundu
  • Dünən, 22:00
    “Hər üç klubumuzun uğursuzluğunu bəxtsizliklə əlaqələndirirəm” – Aslan Kərimov
  • Dünən, 21:44
    "Şəfa" "Araz-Naxçıvan"ı məğlub etdi
  • Dünən, 20:56
    “Milan”ı tərk etməyəcək
  • Dünən, 20:23
    "Barsa" titulu qorudu, “Real” problemlər içində batdı
  • Dünən, 19:42
    Milli futbolçu kokain testindən keçə bilmədi
  • Dünən, 19:01
    Lorenso ilə müqavilə yeniləndi
  • Dünən, 18:34
    Dünya çempionu əməliyyat olundu
  • Dünən, 18:00
    “Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
  • Dünən, 17:25
    Gözlənilən təyinat rəsmən açıqlandı
  • Dünən, 16:54
    UEFA-dan Əliyar Ağayevə yeni təyinat
  • Dünən, 16:33
    Milli komandaya qayıtdı
  • Dünən, 16:02
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 15:31
    Şimali Amerikaya yollandı
  • Dünən, 15:02
    “Bilirdik ki, “Qarabağ”ı məğlub etmək üçün əzmkar oynamalıyıq” – ÇSKA-nın prezidenti
  • Dünən, 14:44
    "Orhus" - "Sabah" matçının hakimləri açıqlandı
  • Dünən, 14:14
    “Allah bizimlə idi” – ÇSKA-nın kapitanı “Qarabağ”la matçdan danışdı
  • Dünən, 13:45
    Bir gecədə üç sillə! – inkişaf nağılları bitdi
  • Dünən, 13:28
    “Sabah”ın Danimarka, “Qarabağ”ın Polşa yolçuluğu – detallar açıqlandı
  • Dünən, 12:57
    "Əsas məqsəd futbola yeni azarkeşlər qazandırmaqdı" - Cahangir Fərəcullayev
  • Dünən, 12:20
    Murad debüt etdi, komandası mərhələ adladı
  • Dünən, 11:57
    Azərbaycan futbolunda "Fantasy" dövrü başladı
  • Dünən, 11:28
    Meksikadan vətəninə qayıtdı
  • Dünən, 10:57
    “Bizə bu məsələ ilə bağlı hansısa rəsmi məlumat daxil olmayıb” - “Cəbrayıl”ın dəyəri cəmi 400 min manat imiş...
  • Dünən, 10:36
    Milli komandaya qayıtdı
  • Dünən, 10:15
    "İnsanlar nə qədər böyük klubu mübarizədən kənarlaşdırdığımızı anlayırmı?” - ÇSKA-nın baş məşqçisi
  • Dünən, 09:54
    "Futbolçular 120 dəqiqəlik oyuna tam hazır deyillər" - Qurban Qurbanov
  • Dünən, 00:50
    "Zirə" və "Neftçi" dayandı, "Qarabağ" Konfrans Liqasına düşdü - YENİLƏNİB
Daha çox
Oxunub: 360
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 217
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 164
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 153
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 130
“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
Oxunub: 127
“Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə