"Qarabağ"ın Avstriyadakı rəqibləri bilindi

21.06.2022 23:13 462
Ölkə futbolu
“Qarabağ”ın Avstriyada yoxlama oyunları keçirəcəyi rəqibləri bəlli olub.

"Football-plus.az" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Ağdam təmsilçisi iyunun 25-də Rumıniyanın "Botoşani" klubu ilə qarşılaşacaq.

Növbəti oyunlar iyunun 29-da olacaq. "Qarabağ" həmin gün Almaniyanın "Holştayn Kiel" və Rumıniyanın "Universitatya Krayova" klubları ilə üz-üzə gələcək.