“Football-plus.az”ın əldə etdiyi məlumata görə, “kimyaçılar” “Jako”dan imtina etməyi düşünür.
Xatırladaq ki, “gənclik şəhəri”nin təmsilçisinin əsas komandası ilə yanaşı, akademiyasının fəqli yaş qrupları da 3 il idi Almaniya şirkətinin istehsal etdiyi idman dəstlərindən yararlanırdı.
Klubun mətbuat mətbuat katibi Rəşad Məmmədov “Football-plus.az”a açıqlamasında söylənilənləri qismən təsdiqlədi:
“Növbəti mövsüm üçün hansı şirkətin formalarından yararlanacağımıza böyük ehtimalla bu gün aydınlıq gələcək. Ya “Jako” ilə davam edəcəyik, ya da “Macron”la əməkdaşlığa başlayacağıq. İki həftə ərzində formalar klubun düşərgəsində olacaq. Almaniya şirkətinin əməkdaşı ilə görüşmüşdük. Dünən isə “Macron”un nümayəndəsi gəlmişdi. Hər iki brendin ölçü səbətlərindən tutmuş, rəng dizaynına qədər hər şey hazırtdı. Sadəcə, seçim etməliyik”.
RƏŞAD


