Fransa Futbol Federasiyasının rəhbəri oldu

10.06.2023 23:38 213
Dünya futbolu
Fransa Futbol Federasiyasının (FFF) yeni prezidenti müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, bu barədə FFF-in rəsmi saytı məlumat yayıb.

Bu vəzifəni müvəqqəti olaraq icra edən Filip Diallo rəsmi şəkildə rəhbər təyin edilib. O, Baş Assambleyasının bu gün keçirilən iclasında 91,26% səs toplayıb. Filip 2024-cü ilədək federasiyaya rəhbərlik edəcək.

Qeyd edək ki, Fransa Futbol Federasiyasının keçmiş prezidenti Noel Le Qrey bu ilin əvvəlində istefaya göndərilib.