Kataloniya nəhənginin baş məşqçisi Hans-Diter Flik ünlü futbolçunun həm sabah La Liqada ''Xetafe''yə, həm də oktyabrın 13-də Çempionlar Liqasında ''Qalatasaray''a qarşı oyunlarda iştirak etməyəcəyini açıqlayıb. 29 yaşlı futbolçu mövsümün əvvəlini əla keçirmişdi. O, ''Barsa''nın heyətində 8 qarşılaşmada 14 qol, 3 məhsuldar ötürməlik mükəmməl performans sərgiləmişdi.
Flik Braziliya yığmasının təqvimi ilə bağlı tənqidi fikirlər səsləndirərək bunları deyib:
''Rafinyanın zədəsi çox da ciddi deyil. Ancaq istənilən halda müəyyən narahatlıq var və çox diqqətli davranmalıyıq. Çünki ötən mövsümün gedişində 3 dəfə zədələnmişdi. ''Xetafe'' və ''Qalatasaray''la oyunlarda ona istirahət vermək qərarına gəlmişik. Təbii ki, yığmaların oyunu gəldikdə hər futbolçu öz ölkəsi üçün oynamaq istəyir. Futbolçulardan bu təfəkkürü ala, eləcə də təqvimi dəyişdirə bilmərik. Rafinya hər zaman meydanda gücünün 100 faizini qoyur. Braziliyanın 30 min kilometr yol qət edib Avstraliya ilə oynaması bu qədərmi vacib idi? Hazırlıq oyunlarının təqvimi daha diqqətli şəkildə planlaşdırılmalıdı. Ancaq Millətlər Liqası varkən bunu etmək asan deyil. Oyunçuların üzərində böyük təzyiq olur. Durumu olduğu kimi qəbul etməliyik. Bu vəziyyət ideal deyil. Amma bunu dəyişmək bizim əlimizdə deyil. Oyunçuların yığmada keçirməli olduqları dəqiqələr düzgün seçilməlidir''.






