Səma Abbasova Monteneqronun Budva şəhərində keçirilən boks üzrə U-17 Avropa çempionatında finala vəsiqə qazanıb.
"Football-plus.az" xəbər verir ki, 66 kq çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda Rusiya təmsilçisi Yustina Anufriyevaya 4:1 hesabı ilə qalib gəlib.
Xatırladaq ki, daha 7 boksçumuz - Cəmilə Muradlı (57 kq), Həsrət Məmmədov (46 kq), İsmayıl Nəsirzadə (52 kq), Qardaş Rəhimov (54 kq), Məhəmmədəli İstamov (57 kq), Hidayət Məmmədov (70 kq) və Xumar Cəfərli (+80 kq) də yarımfinalda mübarizə aparacaq.
Səma Budvada finala yüksəldi - AÇ
İdman






