Almaniya futbol federasiyasının yeni rəhbəri bəlli oldu

11.03.2022 21:07 512
Dünya futbolu
Almaniya Futbol Federasiyasının yeni prezidenti məlum olub.

Quruma Bernd Nuendorf rəhbərlik edəcək. Bu barədə Almaniya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. 60 yaşlı funksioner seçkidə 250 səsdən 193-nü toplayaraq qalib olub.

Qeyd edək ki, Bernd 2019-cu ildən federasiyanın üzvü idi. O, bu işdə Fritz Kelleri əvəzləyib.