İngiltərənin çempionşip adlanan 2-ci divizionuna düşən “Lester” 7 futbolçu ilə yolları ayırıb.
"Football-plus.az" xəbər verir ki, klubun rəsmi saytının məlumatına görə, Yuri Tilemans, Çağlar Söyüncü, Nampalis Mendi, Daniel Amarti, Rayan Bertran, Ayoze Peres və Tete komandanı tərk ediblər. Qeyd edək ki, Türkiyə millisinin üzvü olan Çağlar Söyüncünün “Atletiko”ya keçəcəyi gözlənilir.