Şəhriyar Məmmədyarov növbəti oyununu keçirəcək - "Norway Chess"

6.06.2023 10:00 249
İdman
Bu gün Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Norveçin Stavanger şəhərində təşkil olunan "Norway Chess" turnirində növbəti oyununu keçirəcək.

"Football-plus.az" xəbər verir ki, 38 yaşlı qrossmeyster VII turda digər ABŞ təmsilçisi Hikaru Nakamura ilə üz-üzə gələcək.

Məmmədyarov VI turda armageddonda Uesli Soya (ABŞ) yenilib. O, hazırda 8 xalla beşinci pillədə qərarlaşıb. Nakamura isə 11 xalla ikinci sıradadır.

Qeyd edək ki, “Norway Chess” iyunun 9-da başa çatacaq. Reqlamentə əsasən, birbaşa qələbəyə görə 3 xal verilir. Heç-heçə olacağı təqdirdə rəqiblər armageddonda qarşılaşırlar. Bu halda qalib 1.5, məğlub olan tərəf isə 1 xal əldə edir.