Şəhriyar Məmmədyarov Alireza Firuzca ilə üz-üzə gələcək - "Norway Chess"

31.05.2023 10:52 236
İdman
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Norveçin Stavanger şəhərində keçirilən “Norway Chess” turnirində növbəti oyununu keçirəcək.

"Football-plus.az" xəbər verir ki, 38 yaşlı qrossmeyster II turda Fransanı təmsil edən iranəsilli Alireza Firuzca ilə üz-üzə gələcək.

O, hazırda 1,5 xalla Uesli So (ABŞ) və Aniş Giri (Niderland) ilə birlikdə 3-5-ci yerləri bölüşdürür.

Məmmədyarov ilk turda yerli idmançı Aryan Tariyə armageddonda qalib gəlib. Firuzca isə hindistanlı Qukeş Dommarakuya uduzub.

Qeyd edək ki, “Norway Chess” iyunun 9-da başa çatacaq. Reqlamentə əsasən, birbaşa qələbəyə görə 3 xal verilir. Heç-heçə olacağı təqdirdə rəqiblər armageddonda qarşılaşırlar. Bu halda qalib 1.5, məğlub olan tərəf isə 1 xal əldə edir.