“Turan Tovuz” kapitanını komandada saxladı

4.06.2023 14:21 272
Premyer-liqa
“Turan Tovuz” kapitanı Kamal Bayramovla müqaviləni daha 1 il müddətinə artırıb.

37 yaşlı qapıçı 2023/2024-cü illər mövsümünün sonunadək komandanın şərəfini qoruyacaq.

Qeyd edək ki, K.Bayramov 2022-ci ilin iyunundan Tovuz təmsilçisində oynayır. O, 2022/2023 mövsümündə Premyer Liqada meydana çıxdığı 9 matçda 14 qol buraxıb, 2 görüşdə qapısını toxunulmaz saxlayıb.