Braziliyalı futbolçu Azərbaycan klubunun hədəfində

4.06.2023 12:56 2 505
Premyer-liqa / Manşet
Lusiano Batista da Silva Junior karyerasını Azərbaycanda davam etdirə bilər.

"Football-plus.az" xəbər verir ki, 23 yaşlı futbolçu ilə "Neftçi" yaxından maraqlanır. Braziliyalı müdafiənin, yarımmüdafiənin və hücumun solunda çıxış edir. "Sport Resife"nin üzvü bu mövsüm 37 matçda meydanda olub. O, bu görüşlərdə 15 qol vurub, 9 məhsuldar ötürmə edib.

İLKİN SULTANLI