"Football-plus.az" xəbər verir ki, finalda "Neftçi" "Qəbələ" ilə qarşılaşacaq. Oyundan öncə "qırmızı-qaralar"ın vitse-kapitanı Murad Musayev mətbuat konfransında iştirak edib. Sizi futbolçunun fikirləri ilə tanış edirik:
"Bizim üçün çox önəmli oyundu. Yaxşı hazırlaşmışıq. Əlimizdən gələni edəcəyik ki, kuboka sahib olaq. Azarkeşlərin daha çox olması yaxşıdı. Bu stadion "Qəbələ" üçün uğurludu. Düşünürəm ki, sabah da belə olacaq".




