"Football-plus.az" saytı olaraq bununla bağlı PFL-dən reaksiya öyrəndik. Qurumun media və marketinq direktoru Sənan Abdullayevi dinləyək:
“Sumqayıt” həmin oyunda uduzmuşdu. Bilirsiz ki, əksər hallarda məğlub məşqçilər günahkar axtarır. Yəqin ki, bu dəfə günahkar PFL-in mikrofonu olub. O ki qaldı PFL-ə, kaş Samir Abbasov da xüsusilə bu mövsüm PFL kimi işləyərdi. PFL kimi işləsəydi, “Sumqayıt” çempionatın ən az fərqlənən, ən çox qol buraxan komandası olmazdı. Ümid edirik ki, qarşıdakı mövsümdə mikrofonumuz Samir Abbasovun qalib səsini daha çox qeydə alacaq, daha bu mövsümkü kimi yox”.
ABDULLA İSMAYILOĞLU


