İtaliya şirkətinin layihə rəhbəri bu klub üçün Azərbaycana gəldi - ÖZƏL

1.06.2023 12:16 842
Ölkə futbolu / Manşet
Bu gün “Neftçi” yeni tərəfdaşlıq müqaviləsi bağlayacaq.

“Football-plus.az” xəbər verir ki, flaqman “Errea” ilə anlaşıb. Şirkət yeni mövsümdən “ağ-qaralar”ın idman dəsti tərəfdaşı olacaq. İmzalanma mərasimi bu gün “Bakcell Arena”da baş tutacaq.

Tədbirlə bağlı redaksiyamıza maraqlı məlumat daxil olub. Mərasimdə “Errea”nın layihə rəhbərli Karlo Stronati də iştirak edəcək.

İLKİN SULTANLI