• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

"Hamını "Şamaxı"nın premyer-liqada saxlanılması üçün səsləyirəm" - Şahin Diniyev

Premyer-liqa / Manşet

27-05-2023, 22:0

"İki aya yaxın futbol oynamayacaq. Yazılan da, deyilən də bəzən üst-üstə düşmür. Amma peşəkarlığınızın qarşısında baş əyirəm. 27 ildir baş məşqçi işləyirəm. Həyatımda ən gərgin, çətin oyun oldu. Doğrudu, çətinliklərə öyrəşmişəm. "Səbail" camiəsinə, akademiyadakı uşaqlara görə də ürəyim ağrıyırdı. Çətin günümüzdə də birlikdə olmuşuq. Çiynimdə yük çox idi.

İçimdə bir söz var, deyəcəm. "Şamaxı"nın birinci diviziona düşməsi Azərbaycan futboluna vurulan ən böyük zərbə olacaq. İdman prinsipini deyə bilərsiz. Hamını "Şamaxı"nın premyer-liqada saxlanılması üçün səsləyirəm. Reqlament varsa, hər üç liqada olmalıdır. Birinci dəstədəki sonuncu komanda niyə Region Liqasına düşmür? Demək ki, idman prinsipi pozulur. Cavid Hüseynov yaxşı komanda hazırlayıb. Çempionatda rəqabət var idi. Onlar üçün nələr etmişdilər. Çətin olacaq. Son nəfəsimizə qədər, "Şamaxı"nın getməməsini istəyən ən böyük mənəm. İdman prinsipindən danışmaq tezdir. Eyni reqlament üç liqada varsa, aydındır. Amma idman prinsipi təkcə premyer-liqadadı?

"Şamaxı" çox yaxşı komandadı. Futbolumuzun inkişafını istəyiriksə, hərdən göz yummalıyıq. "Turan Tovuz" və "Kəpəz" ötən mövsüm neçənci yeri tutub gəldi? Onda idman prinsipi yada düşmürdü. "Şamaxı"nın gedişi ilə Azərbaycan futboluna ziyan vurduq. Oyunlar sayı çox olacaq. Həm hüququ, həm də idman prinsipi cəhətdən ən düzü budu".

"Football-plus.az" xəbər verir ki, bu sözləri "Səbail"in baş məşqçisi Şahin Diniyev deyib. O, "Şamaxı" ilə görüşdən sonra mətbuat konfransında iştirak edib

- Çempionatda 12 komandanın olmasına qərar verəcək şəxslərdən biri keçmiş iş yoldanışınız Vaqif Sadıqovdur. Bu fikirlərinizi ona demisiz?

- İndiyə kimi çatdırmamışam. Amma bundan sonra 12 nəfərin hər birindən xahiş edə bilərəm ki, "Şamaxı"nı premyer-liqada saxlasınlar. Hüquqi cəhətdən də sübut da edə bilərəm.

- Premyer-liqadakı yerinizi çoxdan təmin etməli deyildiz?

- "Şamaxı"nı dörd xalla qabaqladıq. Bəs deyil? Bu komandanı mən yığmamışdım. "Səbail" premyer-liqadan çıxsaydı da, Mahmud Qurbanov yox, mən cavabdeh olacaqdım. Dəyişiklik etməyə gücümüz çatmadı. Maddi cəhətdən demirəm. Cəmi üç futbolçu götürmüşdüm. Onlar da etimadımızı doğrultdu. Birinci dövrədə "Səbail" 10 xal yığmışdı, ikinci dövrədə isə 19 xal toplamışıq. Bunu ilk dövrədə etsəydik, necə olacaqdı? Günahı kiminsə üstünə atmıram. Komandam oyun sarıdan heç kimə uduzmayıb. Yalnız fərdi səhvlər həlledici rol oynayırdı. Təsəvvür edin, "Qarabağ" 71 dəqiqə qapımıza yol tapa bilmədi. Sistemin oturuşması üçün vaxt lazımdır. O da yox idi.

- "Səbail"dəki gələcəyinizi necə görürsüz?

- Yeni gəlmişik hara gedirik? Oyundan sonra prezidentimiz Rauf Əliyev Almaniyadan zəng edərək, mənimlə danışdı. Yeni mövsümdən İddialı "Səbail" görəcəyik. Belə sponsorları qaçırmaq, küsdürmək olmaz. İki gündən sonra görüşümüz olacaq. Söz verirəm ki, iddialı, avrokuboklar uğrunda mübarizə aparan "Səbail" görəcəksiz.

- 5000 manatlıq mükafatın vədini aldız?

- Qabaqcadan 5 min təyin olunmuşdu, Rauf Əliyevdən xahiş etdim ki, 2 min manat da artırsın. 7000 manatlıq mükafat alacağıq.

- Klubda qalsanız, hansı futbolçular qalacaq?

- Gərək sponsorla danışım. Büdcəyə uyğun futbolçu götürəcəyik. İddialı olacağıqsa, mütləq dəyişəcəyik. 100 faiz dəyişiklik olmayacaq. 50 faizdən çox futbolçu qalacaq. Ağır da olsa, addım atmalıyıq. Bir çox futbolçu qalacaq.

- Sizcə, Qoba Zakpanın "Turan Tovuz"la oyundakı hərəkəti qeyri-etik idi, yoxsa həqiqətən şortunu düzəldirdi?

- Futbolçu adətən belə hərəkəti ya azarkeşə, ya rəqib komandaya, ya da birbaşa kameraya edir. Fikir versəniz, Zakpanın epizodunda bunların heç biri yox idi. Sadəcə emosional vəziyyətdəydi. Təbii ki, belə hərəkəti dəstəkləmirəm. Kaş, mənə qarşı edərdi. Burada bir məqsəd var idi, o da Zakpanın bu gün meydana çıxmaması, buna da nail oldular. Amma ilahi ədalət deyilən şey var. Allah böyükdü.

Paylaş:
Digər xəbərlər

Premyer-liqa

27-05-2023, 22:0

"Səbail" "Şamaxı"nı birinci diviziona göndərdi

Aktual / Premyer-liqa

26-05-2023, 16:0

Adil Nağıyev qarışıq hisslər keçirir - AÇIQLAMA

Premyer-liqa / Manşet

25-06-2022, 16:0

Cavid Hüseynov üçün lisenziya əngəli

Premyer-liqa / Manşet

27-05-2023, 22:0

"İstəyərdik ki, çempionatda 12 komanda olsun" - Vüqar Əsgərli

Premyer-liqa

26-08-2022, 17:0

Premyer-liqada 5-ci turun oyun cədvəli açıqlandı

Aktual
“Rəşad Sadıqovun belə vəziyyətlər üçün təcrübəsi var” – “Turan Tovuz”u kim əvəz etsin?
“Sonuncu dəfə Santuş “sükan arxasında” olarkən mənlə əlaqə saxlayıblar” - Zamiq çağrılmayacağına əmin imiş
“Əzmkarlığın və illərlə çəkilən zəhmətin mükafatını aldım” - Miller dünya çempionatında Azərbaycanı da təmsil edəcək
"Kayzerslautern" çətin durumda - "qırmızı iblislər" Mahiri heyətdə saxlaya bilər!
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Son xəbərlər
  • Bu gün, 23:00
    İspaniyadan Niderlanda üz tutdu
  • Bu gün, 22:41
    “Nyukasl”dan ayrıldılar
  • Bu gün, 22:10
    “Rəşad Sadıqovun belə vəziyyətlər üçün təcrübəsi var” – “Turan Tovuz”u kim əvəz etsin?
  • Bu gün, 21:39
    Bolonyada qərar tutdu
  • Bu gün, 21:28
    İstefası qaçılmaz oldu
  • Bu gün, 20:40
    Gözlənilən təyinat rəsmiləşdi
  • Bu gün, 20:18
    Yığma Avropa Liqasına məğlubiyyətlə başladı
  • Bu gün, 19:56
    U-21 millimiz Bəhreynə qalib gəldi
  • Bu gün, 18:55
    Gözlənilən ayrılıq rəsmən açıqlandı
  • Bu gün, 18:24
    “Sonuncu dəfə Santuş “sükan arxasında” olarkən mənlə əlaqə saxlayıblar” - Zamiq çağrılmayacağına əmin imiş
  • Bu gün, 17:58
    FİFA-nın növbəti qadağası azarkeşlərdə narazılıq doğurdu
  • Bu gün, 17:27
    DÇ ərəfəsində böyük saxtakarlıq
  • Bu gün, 16:56
    İnzaqi hara üz tutacaq?
  • Bu gün, 16:25
    Türkiyənin rəqibində əsas futbolçu zədələndi
  • Bu gün, 15:54
    İranlılara viza verildi
  • Bu gün, 15:38
    Msanqa da "Şamaxı"dan getdi
  • Bu gün, 14:55
    “Əzmkarlığın və illərlə çəkilən zəhmətin mükafatını aldım” - Miller dünya çempionatında Azərbaycanı da təmsil edəcək
  • Bu gün, 14:27
    ''Trabzonspor''lu futbolçudan ''Fənərbaxça'' ilə oyunla bağlı etiraf
  • Bu gün, 13:46
    Ayxan Abbasov iki futbolçunu millidən kənarlaşdırdı!
  • Bu gün, 13:00
    ''Qalatasaray'' Osimhenə görə olan borcunu bağladı - İngiltərə nəhəngləri gözləmə mövqeyindədi
  • Bu gün, 12:39
    Yankoviç oynadı, Monteneqro heç-heçə etdi
  • Bu gün, 12:05
    Qrinvud da ''Fənər''ə keçməyə razılıq verdi - Əziz Yıldırımın rəqibi şou göstərir!
  • Bu gün, 11:34
    "Kayzerslautern" çətin durumda - "qırmızı iblislər" Mahiri heyətdə saxlaya bilər!
  • Bu gün, 11:12
    U-21 millimiz Bəhreynə qarşı
  • Bu gün, 11:03
    Nəhayət, Qvardioladan ayrılacaq
  • Bu gün, 10:00
    Gözlənilən müqavilə rəsmiləşdi
  • Bu gün, 00:26
    "Çoxdandı bu qədər qol epizodu yaratmırdıq" - Ayxan Abbasov
  • Dünən, 23:55
    Millimiz Maltaya uduzdu - YENİLƏNİB
  • Dünən, 23:32
    Xəyal zədələndi, meydanı xərəkdə tərk etdi
  • Dünən, 23:01
    "Görüləcək işlər çoxdu" - Zaur Həşimov
  • Dünən, 22:06
    Qurban Qurbanov Ağdama səfər etdi
  • Dünən, 21:54
    "Şamaxı"da növbəti ayrılıq
  • Dünən, 21:50
    Sadıq Sadıqov dünyasını dəyişdi
  • Dünən, 21:30
    "Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
  • Dünən, 20:00
    Millimiz Macarıstana uduzdu
Daha çox
Oxunub: 686
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 242
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 237
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 224
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 214
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 170
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə