"Səbail" "Şamaxı"nı birinci diviziona göndərdi

27.05.2023 22:25 274
Premyer-liqa
Bu gün Misli premyer-liqasında 36-cı tura start verilib.

"Football-plus.az" xəbər verir ki, elitada qalmaq uğrunda mübarizə aparan "Səbail" və "Şamaxı" Bakıda üz-üzə gəlib.

Bayıl təmsilçisi rəqibinə qalib gələrək (1:0) premyer-liqadakı yerini qoruyub. "Şamaxı" isə növbəti mövsümdən birinci divizionda oynayacaq.