Region Liqasının finalı üçün xüsusi proqram nəzərdə tutulmayıb

26.05.2023 12:58 299
Aktual / Əvəzedicilər
Region Liqasının finalçıları bəllidi. Tovuz şəhər stadionunda keçiriləcək "Qusar" - "Çinar-Zəngilan" qarşılaşmasında turnirin çempionu bəlli olacaq. 3-cü yer uğrunda oyunda isə “Marxal”la “Arpaçay” üz-üzə gələcək. Amma hələ ki həlledici oyunların tarixi açıqlanmayıb.

"Football-plus.az" olaraq bunu və təşkilatçılıqla bağlı digər detalları öyrənmək üçün AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların Təşkili Departamentinin rəhbəri, Region Liqası üzrə İşçi qrupun üzvü Yusif Vəliyevlə əlaqə saxladıq:

"Hər il olduğu kimi, bu dəfə də adi qaydada oyunlar təşkil olunacaq. Konsert, şənlik və hansısa xüsusi proqram nəzərdə tutulmayıb. Matçın keçirləcəyi yer Tovuz şəhər stadionudu. Tarix də bu həftə ərzində dəqiqləşəcək".


ABDULLA İSMAYILOĞLU