AFFA-nın Tovuzla bağlı planlarına nələr daxildi? - AÇIQLAMA

23.05.2023 14:11 433
Aktual / Əvəzedicilər
Region Liqasının finalçıları bəllidi. Tovuz şəhər stadionunda keçiriləcək "Qusar" - "Çinar-Zəngilan" qarşıdurmasında turnirin çempionu bəlli olacaq. Üçüncü yer uğrunda görüşdə isə “Marxal”la “Arpaçay” üz-üzə gələcək.

Amma hələ ki həlledici oyunların tarixi açıqlanmayıb. Bu və təşkilatçılıqla bağlı digər detalları öyrənmək üçün AFFA-ın Uşaq və Gənclər üzrə Yarışların Təşkili Departamentinin rəhbəri, Region Liqası üzrə İşçi qrupun üzvü Yusif Vəliyevlə əlaqə saxladıq. Onun “Football-plus.az” saytına söylədikləri belə oldu:

"Hər il olduğu kimi, bu dəfə də adi qaydada oyunlar təşkil olunacaq. Konsert, şənlik və hansısa xüsusi proqram nəzərdə tutulmayıb. Matçın keçirlmə məkanı Tovuz şəhər stadionudu. Tarix də bu həftə ərzində dəqiqləşəcək".


ABDULLA İSMAYILOĞLU