Muradov 100-ə çatdı

25.05.2023 22:15 238
Premyer-liqa
Rövlan Muradov premyer-liqada 100-cü oyununu keçirib.

“Football-plus.az” xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçinin yubileyi 35-ci turun “Şamaxı” ilə matçına təsadüf edib. Meydana start heyətində çıxan futbolçu ölkə çempionatında 100-cü dəfə şans qazanıb. Premyer-liqada yalnız “Qəbələ” forması geyinən Muradov bu matçlarda 10 qol vurub.

Onun debütü 2018/19 mövsümünə təsadüf edib. Rövlan premyer-liqada “qırmızı-qara” forma ilə 100 və daha çox matç keçirən 8-ci oyunçudu.

Xatırladaq ki, “Şamaxı” – “Qəbələ” qarşılaşması 0:0 hesabı ilə başa çatıb.