“Qəbələ”nin futbolçusu Məqsəd İsayev premyer-liqada 200-cü oyununu keçirib.
“Football-plus.az” xəbər verir ki, 28 yaşlı müdafiəçinin yubileyi 35-ci tura təsadüf edib. O, “Şamaxı” ilə səfər matçını əvəzolunmadan keçirib.
Məqsəd premyer-liqadakı 200 görüşdə 5 qol vurub. 2021-ci ilin yayından “Qəbələ” forması geyinən müdafiəçi bu matçların 60-nı “qırmızı-qaralar”ın üzvü kimi keçirib. Onun aktivində 3 qol var.
Premyer-liqada 2013/14 mövsümündə debüt edən İsayevin ilk komandası “Neftçi” olub. O, bu klubda 75 oyuna çıxıb. Karyerası ərzində beş klubda çıxış edən futbolçu “Şamaxı”da 6 (1 qol), “Sabah”da 39 (1 qol), “Səbail”də 20 dəfə meydana çıxıb.
Xatırladaq ki, “Şamaxı” – “Qəbələ” qarşılaşması 0:0 hesabı ilə başa çatıb.