Paralimpiyaçımız qran-pridə qızıl medal qazanıb.
"Football-plus.az" xəbər verir ki, atletika üzrə milli komandamızın üzvü Lamiyə Vəliyeva İtaliyanın Cesolo şəhərində keçirilən qran-pridə 400 metrəyə qaçışda 56.75 s. nəticə göstərərək birinci yerə sahib çıxıb.
Vəliyeva bu nəticə ilə cari ilin iyul ayında Fransanın paytaxtı Paris şəhərində keçiriləcək atletika üzrə dünya çempionatına lisenziya əldə edib.