PFL VAR probleminə aydınlıq gətirdi

23.05.2023 15:56 537
Premyer-liqa / Manşet
Dünən Misli premyer-liqasının 35-ci turu çərçivəsində "Qarabağ" - "Sumqayıt" qarşılaşması (1:2) baş tutdu.

Xüsusi məqamlardan biri də matçda VAR sisteminin olmaması idi. Bunun səbəbini PFL-in mətbuat xidmətinin rəhbəri Sənan Abdullayevdən soruşduq. Onun "Football-plus.az"a söylədikləri belə oldu:

"Ölkədə 3 VAR sistemi mövcuddu. 35-ci turun təqvimində 4 qarşılaşma eyni günə salınmışdı. Bu səbəbdən texniki çatışmazlıq yaşandı".


KƏNAN BAHADIR