"Qarabağ"ın çempionluğu "Səbail"in "başında çatlayıb" - AÇIQLAMA

21.05.2023 13:21 324
Premyer-liqa / Manşet
Cümə günü İntizam Komitəsinin qərarları açıqlandı. Məlum oldu ki, Misli premyer-liqasının 34-cü turunun “Səbail” – “Qarabağ” oyununda ictimai təhlükəsizlik düzgün təşkil olunmadığına görə ev sahibləri 4000 manat cərimə edilib.

Mövzunun detallarını "Səbail"in mətbuat xidmətinin rəhbəri Sənəm Fərhadovadan öyrəndik. Onun "Football-plus.az"a söylədikləri belə oldu:

"Çempionluğu rəsmiləşdikdən sonra "Qarabağ"ın azarkeşləri kütləvi şəkildə meydan axışdılar. Nəticədə təhlükəli vəziyyət yarandı. Bunun qarşısını ala bilmədiyimizə görə cərimə olunduq".


KƏNAN BAHADIR