Bu gün Misli premyer-liqasında 35-ci turuna yekun vurulub.
"Football-plus.az" xəbər verir ki, gün ərzində dörd qarşılaşma baş tutub.
Misli premyer-liqası
4-cü dövrə, 35-ci tur
22 may
Şamaxı – Qəbələ 0:0
“Şamaxı”nın bu rəqiblə ev oyunlarının balansı: 28:+12=8-8, 43:29.
2006/07 - 2:0; 2007/08 - 4:0; 2008/09 - 1:1; 2009/10 - 3:2, 4:1; 2010/11 - 0:0; 2011/12 - 1:1, 2:1; 2012/13 - 2:1, 1:0; 2013/14 - 0:1, 0:0; 2014/15 - 4:0, 1:2; 2015/16 - 2:1, 0:1; 2016/17 - 1:1, 0:2; 2017/18 - 1:1, 1:1; 2018/19 - 1:2, 1:2; 2019/20 - 2:1; 2020/21 - 3:1, 3:1; 2021/22 - 2:3, 0:1; 2022/23 1:1.
Cəzalılar: İlkin Qırtımov, Urfan Abbasov (hər ikisi “Qəbələ”).
“Futbol+”in proqnozu: 40-30-30.
Şamaxı. Şəhər stadionu. Saat 16.30
Mövsümün ən vacib görüşlərindən biri Şamaxıda keçiriləcək. “Şamaxı” premyer-liqa mübarizəsini davam etdirmək istəyir. Bu səbəbdən də mütləq qələbə qazanmalıdı. Məğlubiyyət “şirlər” üçün ağır nəticələnə bilər. Çünki paralel keçən qarşılaşmada “Səbail” də “Turan Tovuz”a qalib gəlsə, hər şey bitəcək. “Qırmızı-qaralar”ın avrokuboklar arzusu davam edir. Bölgə klubu bu görüşdə qələbə qazanaraq hədəfinə bir addım da yaxınlaşmaq istəyir.
Komandalar indiyə kimi 58 dəfə qarşılaşıb. Bu qarşılaşmalarda komandalar hərəyə 19 dəfə qələbə qazanıbsa, 20 matçda heç-heçə qeydə alınıb. Topların nisbətində isə şamaxılılar öndədi – 74:64.
Turan Tovuz – Səbail 2:2
Şəhriyar Əliyev, 2. Ayxan Quseynov, 49 - Franko Mazurek, 73, Qoba Zakpa, 90+3
“Turan Tovuz”un bu rəqiblə ev oyunlarının balansı: 1:+0=1-0, 1:1.
Cəzalılar: Sadiq Quliyev, Xəyal Nəcəfov (hər ikisi “Turan Tovuz”).
“Futbol+”in proqnozu: 30-30-40.
Tovuz. Şəhər stadionu. Saat 16.30
Ayxan Abbasovun komandası ardıcıl 3 turdu qələbə qazanır. Tovuzlular bu uğurlu seriyanı davam etdirmək niyyətindədi. “Boz qurd” mövsümün son ev oyununda azarkeşlərini sevindirməyə çalışacaq. Lakin bu o qədər də asan olmayacaq. Çünki “Səbail” premyer-liqada qalmaq uğrunda mübarizə aparır. “Dənizçilər” bu görüşdə qələbə qazanmaqla yanaşı, “Şamaxı”nın “Qəbələ”yə uduzmasını gözləyəcək. Belə olan halda Bakı klubu elitada yerini təmin edəcək.
Qarabağ – Sumqayıt 1:2
Riçard Almeyda, 90 - Vüsal İsgəndərli, 33-p, Səbuhi Abdullazadə, 39
“Qarabağ”ın bu rəqiblə ev oyunlarının balansı: 20:+18=1-1, 52:10.
2011/12 - 1:2; 2012/13 - 3:0; 2013/14 - 5:1; 2014/15 - 2:0, 1:0; 2015/16 - 2:2, 1:0; 2016/17 - 3:0, 2:1; 2017/18 - 4:1, 2:0; 2018/19 - 1:0, 2:0; 2019/20 - 2:0, 1:0; 2020/21 - 6:1, 4:1; 2021/22 - 2:0, 5:0; 2022/23 – 3:1.
Cəzalı: yoxdu.
“Futbol+”in proqnozu: 50-30-20.
Bakı. “Azərsun Arena”. Saat 16.30
“Qarabağ” çempionluğu ötən tur təmin etdi. Qurban Qurbanov böyük ehtimalla bəzi oyunçulara dincəlmək imkanı yaradacaq. “Sumqayıt” isə meydana 3 xal qazanmaq üçün çıxacaq. Belə olan halda “kimyaçılar” premyer-liqada qalmağı rəsmiləşdirəcək. Amma bu o qədər də asan olmayacaq. Son görüşlərdə hiss olunur ki, Samir Abasovun komandası oyun baxımından olduqca zəifdi.
Komandalar indiyə kimi Azərbaycan çempionatlarında 42 dəfə üz-üzə gəlib. Bu görüşlərin 32-də “Qarabağ” qələbə qazanıb, 5 matçda sevinən tərəf “kimyaçılar” olub. 5 qarşılaşmada isə qalib müəyyənləşməyib. Topların nisbətində də “köhlən atlar” öndədi – 102:19.
Sabah – Zirə 0:0
“Sabah”ın bu rəqiblə ev oyunlarının balansı: 8:+4=2-2, 13:12.
2018/19 - 2:1, 0:3; 2019/20 - 2:2, 0:1; 2020/21 - 2:1; 2021/22 - 3:3, 3:1; 2022/23 – 1:0.
Cəzalı: yoxdu.
“Futbol+”in proqnozu: 40-30-30.
Bakı. “Bank Respublika Arena”. Saat 16.30
Derbinin favoriti “bayquşlar”dı. Masazır klubu gümüş medalları təmin etsə də, Murad Musayev əsas heyət üzvlərinə güvənməyə davam edir. Bundan başqa, rusiyalı mütəxəssis “Qarabağ”la xal fərqinin artmasını istəmir. “Zirə”də isə işlər qəlizdi. “Qartallar” Konfrans Liqasına vəsiqə qazanmaq niyyətindədi. Bu səbəbdən bu görüşdə qələbə vacibdi. Rəşad Sadıqovun komandası üçün xal itkisi mövsümün boşa verilməsinə səbəb ola bilər.
Komandalar indiyə kimi 18 dəfə münasibətləri aydınlaşdırıb. Bu görüşlərin 9-da “bayquşlar”, 4-də zirəlilər sevinibsə, 5 matçda qalib müəyyənləşməyib. Topların nisbəti də masazırlıların xeyrinədi – 28:21.
1. Qarabağ 35 27 6 2 88-24 87
2. Sabah 35 25 6 4 75-23 81
3. Neftçi 35 19 8 8 62-38 65
4. Qəbələ 35 13 10 12 46-46 49
5. Zirə 35 12 11 12 42-46 47
6. Turan Tovuz 35 10 9 16 35-48 39
7. Sumqayıt 35 8 7 20 26-67 31
8. Kəpəz 35 6 12 17 33-61 30
9. Səbail 35 6 8 21 31-62 26
10. Şamaxı 35 4 13 18 26-51 25