Premyer-liqanın 35-ci turu çərçivəsində Qəbələdə keçirilən “Kəpəz” – “Neftçi” matçına azarkeş marağı demək olar sıfır səviyyəsindədi.
“Football-plus.az” xəbər verir ki, nominal meydan sahiblərini təxminən 50-yə yaxın fanat dəstəklədiyi halda, “ağ-qaralar” dəstəksiz qalıb. Çempionatboyu paytaxt təmsilçisinin yanında olan, ölkənin ən güclü fanklublarından biri sayılan “Forza Neftçi” Qəbələyə gəlməyə ehtiyac duymayıb. Deyəsən, fanklubla klub rəhbərliyi arasında ciddi fikir ayrılığı var.
RƏŞAD
“Neftçi” Qəbələdə dəstəksiz qalıb
Premyer-liqa / Manşet


