Fəxri adların verilməsi hər sahadə söz-söhbətə səbəb olur.
Bəzən layiq olmayanlar kimlərinsə sayəsində layiq olmadığı adlar alır, dövlətin diqqət və qayğısı nəticəsində yağ-balın içində yaşayır. Ancaq elə şəxslər də var ki, həyatıboyu çalışdığı sahədə külüng çalmağına, onun inkişafına töhvə verməsinə baxmayaraq, diqqətdən kənarda qalır. Belələrindən biri də Ceyhun Sultanovdu. “Football-plus.az”ın əldə etdiyi bilgiyə görə, karyerası ərzində iddialı klubların şərəfini qoruyan, yığmanın kapitan sarğısını daşıyan, “Sumqayıt”, “Neftçi”, “Şamaxı” kimi klublarda idman direktoru postunu tutan veteran futbolçu bir ildən artıqdı ki, Fəxri Bədən Tərbiyəsi və idman işçisi adını almaq üçün Gənclər və İdman nazirliyinə müraciət etsə də, arzusuna çata bilmir. Nazirlik hər dəfə bir bəhanə ilə onun adını təltif olunanların siyahısından kənarda saxlayır.
Məsələyə aydınlıq gətirmək üçün Ceyhun bəylə əlaqə saxladıq. Sultanov “Football-plus.az”a açıqlamasında söylənilənləri təsdiqlədi: