• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

İdman jurnalistləri İstanbuldan “sülh”lə qayıtdı - AİJA-nın vitse-prezidenti istefa verdi

Manşet

20-05-2023, 17:0

Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA), "Qalatasaray"ın və Azərbaycan Minifutbol Federasiyasının (AMF) təşkilatçılığı, “Azfar Group”un baş sponsorluğu və Beynəlxalq Futvole Federasiyasının dəstəyi ilə "Galatasaray"ın UEFA kubokunu qazandığı gündən 23 il sonra, mayın 17-də İstanbulda - Florya Mətin Oktay təsislərində azərbaycanlı jurnalistlərlə “sarı-qırımızılar”ın veteranları arasında ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan qardaşlıq görüşü keçirilib.

3:3 bitən matçda iştirak edən həmkarlarımız artıq vətənə dönüb. Bu layihənin ideya müəllifi, görüşün baş tutmasında müstəsna xidməti olan AİJA-nın vitse-prezidenti Anar Şabanoğlu “Futbol+”ə səfərlə bağlı təəssüratını bölüşdü:

“Ulu öndərin 100 illiyində mənim ideyam və təşkilatçılığım ilə Azərbaycan idman jurnalistikası tarixində çox önəmli iz buraxacaq iş görüldü. Oyundan sonra isə hənkarlarımıza ümummilli liderin İstanbulun ən gözəl yerində yerləşən heykəlini ziyarət etməyi təklif etdim. Oyunun əhəmiyyətini anlamaq üçün orda "Qalatasaray"ın prezidenti Dursun Özbəyin, Türkiyənin ən zəngin iş adamlarından Ərdəm Timurun, klubun baş məşqçisi və canlı əfsanəsi Okan Burukun və adını çəkmədiyim başqa tanınmış veteranların iştirak etdiyini vurğulamaq yetər.

Bizi yüksək səviyyədə qarşıladılar. Fikrimcə, tarixi, gözəl, yaddaqalan qarşılaşma oldu”.


Yeri gəlmişkən, İstanbuldan dönən gün, daha dəqiq desək, dünən Anar bəy sosial şəbəkədə AİJA-da tutduğu postdan istefa verdiyini paylaşıb. Onunla söhbətdə bu məqama da aydınlıq gətirməsini istədik:

“İstefanın səbəbi çox yorulmağımdı. AİJA-da bir tədbiri təşkil etmək üçün uzun müddət hazırlıq lazımdı. Bildiyiniz kimi, AİJA-nın büdcəsi və qazancı yoxdu. Fikirlər, ideyalar olur, amma sponsor tapa bilmirsən. Bir də görürsən ki, sənin fikrini başqası gerçəkləşdirdi.

Məsələn, Vətən müharibəsində zəfərdən sonra işğaldan azad olunan torpaqlarımızda ilk idman yarışını keçirmək fikrim vardı. Bu jurnalistlər arasında və ya həm jurnalistlər, həm də idmançıların birgə turniri ola bilərdi. Beynəlxalq səviyyədə də təşkil edərdik. Natiq Nəsirovla gecələr yatmayıb belə fikirləri layihə formasına salmışıq. Amma maliyyə olmadığına görə bu məsələ alınmadı.

Sonra gördüm ki, başqa idman federasiyaları Qarabağda bu ideyamı həyata keçirir. "Qalatasaray"la oyunu dostum, Türkiyədə də yetərincə tanınan dəyərli həmkarımız Elçin Cəfərovdan xahiş etdim, onlarla danışdı. Klubun İcraiyyə Komitəsinin sədri Emin İmanov sağ olsun, bu işin uğurlu bitməsində çox böyük rolu oldu. Sonra keçdim maliyyə axtarışına. Sərxanla danışdım, o da rəhbərliklə əlaqəyə keçdi. Orxan Məmmədovla Taleh Nəsibova təşəkkür edirəm, bilet məsələsində dəstək verdilər. Sonra orda qalmaq-yemək məsələləri var, Natiq Nəsirovla Beynəlxalq Futvole Federasiyasının prezidenti Vüsal Xəlilovla görüşdük. O da sağ olsun, İstanbuldakı bütün xərclərimizi üzərinə götürdü. Hər bir işimiz maliyyə yoxdu deyə çox böyük çətinliklə araya-ərsəyə gəlir.

Məsələn, buna görə AİJA ötən ilin qaliblərinin mükafatlandırılması mərasimini keçirə bilməyib. AİJA-nın rəhbərliyində Nərgiz Mahmudzadə və Natiq Nəsirov kimi çox dəyərli kadrlar var və onlar işini-gücünü atıb təşkilat üçün təmənnasız çalışır. Mən də 2019-da bu vəzifəyə gələndən könüldən çalışdım, yeganə məqsədimiz də Azərbaycan üçün faydalı olmaq idi. Vətən müharibəsindən sonra orda iştirak etmiş bütün idman jurnalistlərimizi mükafatlandırdıq. "Qəbələ"nin prezidenti Fariz Nəcəfovu ilin idman adamı seçdik. Bu ölkə üçün döyüşən, ölümü göz önünə alıb fədakarlıq edən hər bir şəxs fəxrimizdi.

Sonra bəzi oyunları Bakıda keçiriləcək Avropa çempionatından əvvəl idman jurnalistlərimiz üçün pulsuz ingilis dili və jurnalistka kursu təşkil etdik. Vüqar Zifəroğlu, Aynur Kərimova, Həmid Həmidov və bu sahənin başqa peşəkarları jurnalistlərə təlimlər, ustad dərsləri keçdi. "Neftçi"nin mərhum prezidenti Aqil Paşayevin 75 illiyi münasibətilə mənim təklifimlə Respublika stadionunda futbolumuzun ən tanınmış veteranları ilə jurnalistlər arasında gözəl bir oyun keçirdik.

Başqa da tədbirlər oldu ki, hamısını sadalasaq, qəzetdə yer qalmayacaq. Fəaliyyətim dövründə daim dəstəyini əsirgəməyən Altay Əliyevə və bəlkə unutduğum başqa kimlərsə var, hamısına təşəkkür edirəm”.


Şabanoğlu sözünə belə davam etdi:

“Eldar müəllim və AİJA rəhbərliyində təmsil olunan digər yoldaşlar da sağ olsun ki, bu etimadı mənə göstərdilər. AİJA-nın birinci vitse-prezidenti Nərgiz Mahmudzadə həm də “AİPS Europe”nın İcraiyyə Komitəsinin üzvüdü. AİJA-nın gördüyü işlər sayəsində Nərgiz xanıma “AİPS Europe”nın rəsmi saytının və sosial media səhifələrinin idarəçiliyi etibar olunub.

Nərgiz xanım təklifimlə “AİPS Europe”da idman jurnalistləri arasında futbol üzrə Avropa çempionatının və AİPS-də dünya çempionatının keçirilməsi təklifini verib. FİFA və UEFA bu qurumların rəsmi tərəfdaşıdı. Onlarla müzakirələr gedir, ola bilsin, yaxın vaxtlarda müsbət həllini tapsın. Belə bir şey olsa və dövlətimiz dəstəkləsə, ilk belə turnirin Azərbaycanda keçirilməsini arzulayıram. Dediyim kimi, AİJA-da Natiq Nəsirov və Nərgiz Mahmudzadə kimi çox dəyərli kadrlar var. Eldar İsmayılovla Rövşən Binnətlinin də təcrübəsi ilə inanıram ki, bu təşkilat həmişə uğurlu olacaq”.


RƏŞAD

Paylaş:
Digər xəbərlər

İdman

17-05-2023, 14:0

"Qalatasaray" əfsanələri Heydər Əliyevin 100 illiyi şərəfinə toplanır

Aktual

6-05-2023, 21:0

"Qalatasaray" əfsanələri və Azərbaycan millisi arasında oyun keçiriləcək

Manşet

10-05-2023, 11:0

Okan Buruk, Ərgün Pənbə, Hakan Ünsal və digər ulduzlar azərbaycanlılara qarşı mübarizə aparacaq - AÇIQLAMA

Aktual

20-05-2023, 11:0

AİJA Heydər Əliyevin 100 illiyi münasibətilə “Qalatasaray” əfsanələri ilə qardaşlıq matçı keçirib

İdman

26-05-2022, 16:0

İdman jurnalistləri üçün şahmat turniri keçiriləcək

İdman

11-05-2023, 11:0

Heydər Əliyevin 100 illiyinə həsr olunmuş həndbol üzrə ölkə kubokunun açılış mərasimi keçirildi

Aktual
“Məsələ günahkar axtarmaq yox, oyunu necə xilas etməyi düşünməkdi” - Şahin Diniyev “Neftçi”yə inanır
“Səbail” Türkiyəyə gedir, amma burda yeri yoxdu
ÇSKA-nın “Qarabağ”la “sülh”ü buzları əritdi – komanda ölkəsində tərif eşitdi
Maluda ilə bağlı qeyri-müəyyənlik – fransalı cavab matçında oynayacaqmı?
“Araz-Naxçıvan”ın stadion axtarışıyla bağlı son durum – Bakı, yoxsa bölgələrdən biri?
Elvin start heyətinə qayıtsın! – bu qədər umu-küsü bəs deyil?
Son xəbərlər
  • Bu gün, 12:27
    “Məsələ günahkar axtarmaq yox, oyunu necə xilas etməyi düşünməkdi” - Şahin Diniyev “Neftçi”yə inanır
  • Bu gün, 12:01
    İngiltərə futbolunda böyük itki
  • Bu gün, 11:33
    Qarsiyaya xələf olacaq
  • Bu gün, 11:00
    Dünya çempionu əməliyyat olunacaq
  • Bu gün, 10:30
    Klubu ilə yenidən anlaşdı
  • Bu gün, 10:00
    Göz yaşlarını saxlaya bilmədi
  • Bu gün, 00:47
    "Neftçi" PAOK-a uduzdu, mübarizəni dayandırdı
  • Bu gün, 00:20
    İtaliya klubunda yeni müqavilə
  • Dünən, 23:50
    İngiltərə klubunda yeni oyunçu
  • Dünən, 22:54
    “Məncə, problem təkcə nəticələrdə deyil” - azarkeşlər avrokubok oyunlarına niyə maraq göstərmir?
  • Dünən, 22:13
    London klubunda yeni oyunçu
  • Dünən, 21:44
    Birmingemdən Londona yollandı
  • Dünən, 21:12
    Qattuzonun yerini o tutacaq
  • Dünən, 20:41
    Milli komandanı tərk edəcək
  • Dünən, 20:00
    “Sabah” üçün çətin, “Neftçi” üçün mümkünsüz vəzifə! - onlar rəqiblərə yerini göstərə biləcəkmi?
  • Dünən, 19:41
    Millimiz ilk qrup qələbəsini qazandı - AÇ
  • Dünən, 19:01
    “Səbail” Türkiyəyə gedir, amma burda yeri yoxdu
  • Dünən, 18:40
    ÇSKA-nın “Qarabağ”la “sülh”ü buzları əritdi – komanda ölkəsində tərif eşitdi
  • Dünən, 18:19
    Nunyeslə Salahın yolu bu dəfə İstanbulda kəsişə bilər
  • Dünən, 17:58
    Milandan Turinə yollana bilər
  • Dünən, 16:31
    "Neftçi" Yunanıstan klubuna qarşı - ÇL
  • Dünən, 16:01
    Romadan Milana üz tuta bilər
  • Dünən, 15:30
    Salahın bir ayağı artıq ''Beşiktaş''dadı!
  • Dünən, 14:51
    ÇSKA “Qarabağ”la oyun üçün biletləri satışa çıxardı – bizim azarkeşlər üçün sərbəst satış olmayacaq!
  • Dünən, 14:20
    ''Qalatasaray'' A seriyasının debütantına uduzdu
  • Dünən, 13:59
    Maluda ilə bağlı qeyri-müəyyənlik – fransalı cavab matçında oynayacaqmı?
  • Dünən, 13:28
    Urfan Abbasov "Kəpəz"də
  • Dünən, 12:57
    Bakıdakı oyun avrokuboklarda TOP-5-də
  • Dünən, 12:30
    "Qəbələ" "Şəfa" ilə üz-üzə gəlir
  • Dünən, 11:59
    "Qarabağ"ı Sofiyada dəstəkləmək istəyənlər üçün biletlər satışda
  • Dünən, 11:28
    Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
  • Dünən, 11:21
    Bakıda Avropa Cüdo Ümidləri turnirinə start verildi
  • Dünən, 10:58
    “Araz-Naxçıvan”ın stadion axtarışıyla bağlı son durum – Bakı, yoxsa bölgələrdən biri?
  • Dünən, 10:31
    “1–2 il ərzində idmançılarımızdan daha böyük uğurlar gözləmək mümkündü“ - Natiq Bağırov
  • Dünən, 10:25
    “Belə tədbirlərin keçirilməsi çox vacibdi“ - Rüstəm Orucov
Daha çox
Oxunub: 207
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 165
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 141
Gəncə stadionu və onminlərlə azarkeş Azər Məmmədovu çəkindirmir!
Oxunub: 122
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Oxunub: 98
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Oxunub: 92
“Sabah” üçün çətin, “Neftçi” üçün mümkünsüz vəzifə! - onlar rəqiblərə yerini göstərə biləcəkmi?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə