Byelsa Cənubi Amerikaya qayıdır

26.03.2022 19:10 570
Dünya futbolu
Marselo Byelsanın yenidən Cənubi Amerikada işləmək şansı var.

Bir neçə həftə əvvəl “Lids”in baş məşqçi vəzifəsindən azad edilən 66 yaşlı argentinalı mütəxəssis Boliviya Futbol Federasiyasının maraq dairəsinə düşüb. Yerli mənbələr onun tezliklə Boliviya yığmasına təyinat ala biləcəyini xəbər verib.