Uqo Lyoris yayda “Tottenhem”i tərk edəcək. Bu barədə “Ekip” qəzeti məlumat yayıb.
"Football-plus.az" xəbər verir ki, Lyorisin londonlularla müqaviləsinin müddəti 2024-cü ilə qədərdi. Buna baxmayaraq, klub qapıçıya karyerasını davam etdirmək üçün mümkün variantları nəzərdən keçirməyə icazə verəcək. Futbolçu karyerasını başa vurmaq niyyətində deyil. Lakin son zədələr səbəbindən psixoloji gərginlik yaşayır. Bir neçə gün əvvəl 36 yaşlı oyunçunun Səudiyyə Ərəbistanının bir klubundan indiki maaşından 3 dəfə artıq olmaqla təklif aldığı bildirilmişdi. Maraq üçün Uqonun “Tottenhem”də həftəyə təxminən 100 min funt sterlinq qazandığını bildirək.
Lyoris London klubunda 2012-ci ildən oynayır. Fransalı dünya çempionu mayın əvvəlində aldığı zədə səbəbindən mövsümü erkən başa vurub.