Mövsümü erkən başa vurdu

6.05.2023 17:58 217
Dünya futbolu
“Tottenhem”in qapıçısı və kapitanı Uqo Lyoris üçün bu mövsüm erkən başa çatıb.

"Football-plus.az" xəbər verir ki, bu barədə baş məşqçi vəzifəsini müvəqqəti icra edən Rayan Meyson mətbuat konfransında bildirib.

Lyoris İngiltərə premyer-liqasının 32-ci turunun “Nyukasl”la matçında (1:6) əzələ zədəsi səbəbindən fasilədə əvəzlənmişdi.

Xatırladaq ki, 36 yaşlı fransalı qolkiper bu mövsüm İngiltərə çempionatında 25 oyun keçirib.