“Neftçi”nin futbolçusunu özündən çıxaran olay - AÇIQLANDI

18.05.2023 16:32 286
Premyer-liqa
"Neftçi" - "Şamaxı" matçının 88-ci dəqiqəsində Kenni Sayeflə Arsen Ağcabəyov arasında problem yaşandı. İsrailli futbolçu rəqibini qıcıqlandırdı və bundan sonra onlar arasında çəkişmə baş verdi.

Oyuna yeni qoşulan Rauf Hüseynli aranı sakitləşdirmək istədi. Lakin Arsen ona da əsəbləşdi. Rauf isə komanda yoldaşını qucaqlayaraq məsələnin böyüməsinə imkan vermədi.

"Football-plus.az" saytı olaraq olayla bağlı Arsen Ağcabəyovdan açıqlama aldıq:

"Hakimin fitini eşitmədən topa zərbə vurdum. Kenni Sayef də buna əsəbi reaksiya verdi. Bundan sonra mən də hislərimə hakim ola bilməyib onunla münaqişəyə girişdim. Amma tezliklə də komanda yoldaşlarım araya girərək olayın böyüməsinə imkan vermədi".


ABDULLA İSMAYILOĞLU