Görəsən, açılış nə vaxta planlaşdırılır? Bu suala cavab tapmaq üçün “sarı-göylər”in mətbuat katibi Azad Mustafayevi aradıq. Klub rəsmisi “Football-plus.az”a açıqlamasında bunları söylədi:
“Akademiyada inşaat işləri, demək olar ki, yekunlaşıb. Yaxın vaxtda mebellə də təmin olunacaq. Bildiyiniz kimi, AFFA bununla bağlı tender elan edib. Böyük ehtimalla iyunun sonuna açılışa hazır olacaq. Ancaq akademiyanın qapılarının futbolçuların üzünə açılacağı tarix hələ müəyyənləşməyib”.
RƏŞAD
