Yeniliyi görmək üçün bir qədər də gözləməliyik - AÇIQLAMA

17.04.2022 19:54 482
Ölkə futbolu / Manşet
Qış fasiləsindən anonsu verilən, ancaq tətbiqi hələ realllaşmayan VAR sistemi nəhayət ki, ölkəyə gətirilib.

Belə ki, ötən həftə keçirilən U-17 - “Şamaxı”nın U-19 komandası arasında qarşılaşmada VAR-dan istifadə olunub. Oyunun baş hakimi Fərid Hacıyev olub. Videoköməkçi hakim funksiyasını isə Elçin Məsiyev və Kamal Umudlu yerinə yetirib.

Bəs görəsən, VAR-dan premyer-liqada nə vaxt istifadə olunacaq? Bu suala cavab tapmaq üçün AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla ilə əlaqə saxladıq. Assosiasiya rəsmisi məsələ ilə bağlı “Football-plus.az” saytına bunları söylədi:

“Bildiyiniz VAR sistemi artıq ötən həftə ilk dəfə sınaqdan keçirilib. Ancaq onun premyer-liqada tətbiqi üçün müəyyən vaxt tələb olunacaq. Test üçün 28 matçda yoxlanılmalıdı. Yalnız bundan sonra Azərbaycan çempionatında VAR sistemindən istifadəyə icazə veriləcək”.


RƏŞAD