Medal hesabını Hidayət Heydərovun (73 kq) açacağını gözləyənlərin də ümidləri puç olub. Heydərov yaponiyalı altıqat dünya çempionu Soişi Haşimotoya uduzaraq 5-ci yerlə kifayətlənib. Dünən mübarizəyə qoşulan Səid Mollayi (81 kq) də uğursuzluqla üzləşib. Onu 1/16 finalda kanadalı Fransua Qotye Drapau mübarizədən kənarlaşdırıb. Bu gün daha iki cüdoçumuz - Məmmədəli Mehdiyevlə Murad Fətiyev (hər ikisi 90 kq) 1/8 finalda məğlub olub. Onlar uyğun olaraq Markus Niman (İsveç) və İvan Felipe Silva Moralesə (Kuba) yenilib.
Daha əvvəl isə Balabəy Ağayev, Turan Bayramov (hər ikisi 60 kq), Orxan Səfərov (66 kq), Leyla Əliyeva, Könül Əliyeva (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva və Aydan Əliyeva (hər ikisi 52 kq) turniri medalsız başa vurub.
Millinin çıxışını dəyərləndirməsi üçün hazırda Dohada cüdoçularla bərabər olan Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü Nazim Hüseynovla əlaqə saxladıq. Barselona Olimpiadasinin qalibi “Football-plus.az”a bunları söylədi:
“Acınacaqlı vəziyyətdi. Başverənlər məndə çaşqınlıq yaratdı. Milli üzvlərinin uğursuz çıxış edəcəyinə inanmırdım. Təəssüf ki, çox sadə səhvlər ucbatından məğlubiyyətlər yaşadıq. Mən öz işimi görürəm. Hər idmançıya məsləhət verirəm. Xüsusilə Səid Mollayi və Hidayət Heydərovun məğlubiyyəti gözlənilməz oldu. Açığı, Məmmədəli Mehdiyevə o qədər də güvənmirdim. Nəticə sürpriz olmadı. Amma Murad Fətiyev çox bacarıqlı və perspektivli cüdoçudu. Medalsız qalması məni çox heyfsləndirdi.
İdmançıların səhvləri üzərində işləməsi vacibdi. Bacardığım qədər təcrübəmi bölüşürəm. Lakin məşqçilər bu prosesə daha ciddi yanaşmalıdı. Arzum odu ki, dünya çempionu Azərbaycan təmsilçilərindən biri olsun. Qarşıdakı görüşlərə köklənmək lazımdı. İnşallah, yaxşı olacaq. Ümid hələ də var”.
İdmançıların səhvləri üzərində işləməsi vacibdi. Bacardığım qədər təcrübəmi bölüşürəm. Lakin məşqçilər bu prosesə daha ciddi yanaşmalıdı. Arzum odu ki, dünya çempionu Azərbaycan təmsilçilərindən biri olsun. Qarşıdakı görüşlərə köklənmək lazımdı. İnşallah, yaxşı olacaq. Ümid hələ də var”.
Qeyd edək ki, dünya çempionatı mayın 14-də başa çatacaq.
KƏNAN BAHADIR





