Bu futbolçu “Beşiktaş”la oyunda iştirak etməyəcək - AÇIQLAMA

11.05.2023 14:54 395
Aktual
Xeyriyə məqsədiylə keçiriləcək "Sabah" - "Beşiktaş" görüşünə 2 gün qalıb.

Maraqlıdı, Masazır təmsilçisinin heyətində bu oyunu buraxacaq neçə futbolçu var? "Football-plus.az" saytı olaraq bu suala "Sabah"ın mətbuat katibi Elnur Həmidovla söhbətdə aydınlıq gətirdik:

"Zurab Oçiqava zədəli olduğuna görə "Beşiktaş"la matçı buraxacaq. Qalan futbolçular sıradadı və hazırlığı davam etdirir".


ABDULLA İSMAYILOĞLU