"Belə məqamlar komandaya pis təsir edir" - Vüqar Əsgərli

6.05.2023 18:51 313
Premyer-liqa / Manşet
"Şamaxı" Misli premyer-liqasının 33-cü turunda doğma meydanda "Zirə"yə 0:3 hesabı ilə məğlub olub.

"Football-plus.az" xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında bölgə təmsilçisinin baş məşqçisi Vüqar Əsgərli jurnalistlərin suallarını cavablandırıb:

Oyun hər iki komanda üçün önəmli idi. "Zirə" avrokuboklar zonasından qopmaq istəmirdi, biz də premyer-liqada qalmaq istəyirik. Təəssüf ki, zəif oynayıb məğlub olduq. Çətin olsa da, toparlanıb yolumuza davam edəcəyik.


- Bu məğlubiyyət komandaya necə təsir edəcək?

- Oyunlar azaldıqca gərginlik artır. Belə məqamlar komandaya pis təsir edir. Amma biz məqşçilər peşəkarıq, komandanı toparlayacağıq. Hələ heç nə bitməyib.

- Bahadur Həziyevin start heyətdə meydana çıxmamasının səbəbi nə idi?

- Taktikaya və məqşlərdəki performansa görə heyət qururuq. Bahadurun mikrozədəsi var idi. Buna görə də risk etmədik.

- Sizcə, Amil Yunanov 90 dəqiqə oynamağa hazır idi?

- Bəli, hazır idi. Məğlub durumda olarkən hücumçunu meydandan çıxarıb, yerinə yarımmüdafiəçi buraxa bilməzdik. Ehtiyat oyunçular skamyamızı gördünüz.