Bu gün Misli premyer-liqasının 29-cu turuna start verilib. İlk oyun günündə bir qarşılaşma nəzərdə tutulub.
"Football-plus.az" xəbər verir ki, həftənin açılış görüşü Qəbələdə baş tutub. “Qırmızı-qaralar” “Zirə”ni qəbul edib. Matç “CBC Sport” telekanalı vasitəsiylə canlı yayınlanıb.
Misli premyer-liqası
4-cü dövrə, 29-cu tur
7 aprel
Qəbələ - Zirə 2:1
Ramon Maçado, 58, Ruan Renato, 79 - Eldar Quliyev, 69
“Qəbələ”nin bu rəqiblə ev oyunlarının balansı: 14:+5=8-1, 15:9.
2015/16 – 0:0, 1:2; 2016/17 – 1:0, 1:1; 2017/18 – 1:1, 2:1; 2018/19 – 0:0, 2:1; 2019/20 – 3:0; 2020/21 – 1:1, 1:1; 2021/22 – 1:1, 0:0; 2022/23 – 1:0.
Cəzalı: yoxdu.
“Futbol+”in proqnozu: 30-40-30.
Qəbələ. Şəhər stadionu. Saat 17.00
Bu oyun çox önəmlidi, hətta 6 xal dəyərindədi. Çünki komandalar Konfrans Liqasına vəsiqə uğrunda mübarizə aparır. Qonaqlar qələbə qazansa, izləyicisindən uzaqlaşacaq.
Kubokda da yoluna davam edən meydan sahibləri isə 3 xal sayəsində turnir cədvəlində rəqibindən önə keçəcək. Görüşün aşkar favoriti yoxdu. Hər iki komandanın heyətində yetərincə güclü yerli və əcnəbi futbolçular çıxış edir. Bu amili nəzərə alanda Qəbələdə gərgin görüş izləyəcəyimizi söyləyə bilərik. Maraq üçün qeyd edək ki, “Zirə” rəqibini son dəfə səfərdə 2015/16 mövsümündə məğlub edib.
Ümumiyyətlə, komandalar indiyə kimi Azərbaycan çempionatlarında 30 dəfə üz-üzə gəlib. Bu görüşlərin 10-da “radarlar”, 6 qarşılaşmada isə “qartallar” qələbəyə sevinib. 14 matçda heç-heçə qeydə alınıb. Topların nisbətində də qəbələlilər öndədi – 36:26.
1. Qarabağ 28 23 5 0 71-15 74
2. Sabah 28 20 5 3 62-20 65
3. Neftçi 28 17 6 5 50-25 57
4. Qəbələ 29 10 9 10 36-36 39
5. Zirə 29 10 8 11 32-39 38
6. Turan Tovuz 28 7 7 14 23-38 28
7. Kəpəz 28 5 10 13 28-49 25
8. Sumqayıt 28 6 6 16 20-52 24
9. Şamaxı 28 4 8 16 23-44 20
10. Səbail 28 4 6 18 20-47 18