“Barselona”nın futbolçusu Rafinya “Nyukasl”ın maraq dairəsindədi.
"Football-plus.az" xəbər verir ki, Böyük Britaniya mətbuatının xəbərinə görə, İspaniya klubu braziliyalı oyunçu üçün şifahi təklif alıb. İngiltərə klubu Rafinyaya görə təxminən 80 milyon avro ödəməyə hazırdı.
Qeyd edək ki, bir neçə gün əvvəl “Barselona”nın Rafinyanı sata biləcəyi ilə bağlı xəbərlər yayılmışdı.