“Neftçi” komissiyanın qərarını gözləyir – ÖZƏL

4.05.2023 14:55 378
Manşet
Artıq 2 ilə yaxındı fəaliyyət göstərən “Neftçi TV” daha bir yeniliyə imza atmaq üzrədi.

“Football-plus.az” xəbər verir ki, telekanal platforma yayınçısı olmaq istəyir. Bu nə deməkdi? “Neftçi TV” lisenziyası ala bilsə, istənilən kabel televiziyasında yayınlana bilər. Bura “KaTV1”, “Ailə TV” və “İPTV” şirkətləri daxildi. Məlumatın nə dərəcədə doğru olub-olmadığını öyrənmək üçün klubun Media, Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Rüstəm Allahverdiyevə müraciət etdik:

“Platforma yayınçısı olmaq üçün müraciət etmişik. Qərarı gözləyirik. Yaxın günlərdə komissiya yığışacaq. Onlar yekun qərarı verəcək. Ümid edirik ki, icazə veriləcək. İnşallah, klub televiziyası olaraq biz də platforma yayınçısı ola biləcəyik”.


İLKİN SULTANLI